Azərbaycanlıların olduğu gəmi batdı ölən və itkin düşənlər var
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi batıb. Gəminin göyərtəsində 3 Azərbaycan vətəndaşı da olub.
Milli.Az xəbər verir ki, bu barədə "Realitatea Plus" telekanalı mənbələrə istinadən xəbər verib.
Məlumata görə, saat 10:00-da Rumıniya Hərbi Dəniz Qüvvələrinə fəlakət siqnalı daxil olub. Gəmidə ümumilikdə 13 nəfər - 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olub.
Hazırda sudan 9 nəfərin sağ çıxarıldığı, bir nəfərin öldüyü, 3 nəfərin isə itkin düşdüyü bildirilir. Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlverişsiz hava şəraiti işləri çətinləşdirir.
Gəminin hansı səbəbdən zədələndiyi və batdığı hələlik məlum deyil. İlkin məlumatlara görə, gəmi neft məhsulları daşıya bilərdi.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 23 Oktyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















