Icma.az
close
up
RU
“İlyas İsmayılov və Ədalət” adlı konfrans keçirilib

“İlyas İsmayılov və Ədalət” adlı konfrans keçirilib

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fevral 14-də Ədalət Partiyasının qərargahında görkəmli hüquqşünas, ictimai-siyasi və dövlət xadimi, hüquq elmləri doktoru, sabiq millət vəkili və Ədalət Partiyasının qurucusu İlyas Abbas oğlu İsmayılovun xatirəsinə həsr olunmuş “İlyas İsmayılov və Ədalət” adlı konfrans keçirildi.


Tədbirdə hüquq ictimaiyyətinin nümayəndələri, sabiq prokurorluq və ədliyyə işçiləri, alimlər, ziyalılar, jurnalistlər, şair və yazıçılar, həmçinin Ədalət Partiyasının rəhbərliyi və üzvləri iştirak edirdilər.


Konfransı Ədalət Partiyasının sədri Mütəllim Rəhimli açıq elan edərək qonaqları salamladı. O, çıxışında İlyas İsmayılovun Azərbaycan hüquq sisteminin formalaşmasında, müstəqillik dövrü dövlət quruculuğunda və siyasi düşüncənin inkişafında mühüm rol oynadığını vurğuladı. Daha sonra mərhumun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Tədbir çərçivəsində İlyas İsmayılovun həyat və fəaliyyətindən bəhs edən foto və video təqdimat nümayiş olundu. Arxiv materialları, ailə fotoları, dövlət və partiya fəaliyyətinə aid kadrlar onun çoxşaxəli fəaliyyətini əks etdirərək iştirakçılarda dərin təəssürat yaratdı. Daha sonra M.Rəhimli tədbirin aparılması üçün sözü təqaüddə olan baş ədliyyə müşaviri, İ.İsmayılovun həyat və yaradıcılığına həsr olunmuş “Mən bu zamana sığmazam” kitabının müəllifi Ələmdar Məmmədova verdi.

Ə.Məmmədov İlyas İsmayılovun peşəkar fəaliyyəti, prinsipial xarakteri və insanlara münasibətindəki yüksək mənəvi keyfiyyətlərindən danışdı.


Ardınca xatirə çıxışları dinlənildi. Çıxış edənlər sırasında Bakı şəhərinin keçmiş prokuroru Nizami Əliyev, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, prokurorluğun keçmiş əməkdaşı Sərdar Əliyev, baş ədliyyə müşavirləri Adil Əsgərov və Əmirulla Şirvanov, Ali Məhkəmənin üzvü Müzəffər Ağazadə, İ.İsmayılovun tələbə yoldaşı və sabiq prokuror Hüseyn Hüseynov, həmçinin sabiq prokuror Əlabbas Quliyev və digər hüquqşünaslar yer aldılar. Natiqlər İlyas İsmayılovun peşəkarlığını, qanunun aliliyinə sadiqliyini və prinsipial mövqeyini xüsusi vurğuladılar, həmçinin onu gənc hüquqşünaslar üçün məktəb, müəllim və mənəvi dayaq kimi təqdim etdilər.


Konfransda həmçinin ictimaiyyət nümayəndələri və ziyalılar – Beynəlxalq Əlillər Cəmiyyətinin sədri Tahir Xudiyev, Tovuz Xeyriyyə Cəmiyyətinin üzvü Vidadi Əhmədov, şair Rəfail İncəyurd, yazıçı Nurəddin Ədiloğli çıxış edərək İ.İsmayılovun ictimai nüfuzu, etik davranışı və insanlıq keyfiyyətlərindən danışdılar. Ədalət Partiyası Ali Məclisinin sədri Rahim Nuriyev isə çıxışında İlyas İsmayılovun ideyalarının partiyanın gələcək fəaliyyətində əsas istiqamət olaraq qalacağını bildirdi.


Konfrans açıq müzakirələrlə davam etdi. İştirakçılar səmimi xatirələrini bölüşərək İ.İsmayılovun sadəliyindən, təvazökarlığından, prinsipiallığından və dövlətə sədaqətindən danışdılar.


Sonda çıxış edən partiya sədri Mütəllim Rəhimli İlyas İsmayılovun ideyalarının bundan sonra da yaşadılacağını, hüququn aliliyi, şəffaflıq və insan ləyaqətinə hörmət prinsiplərinin Ədalət Partiyasının fəaliyyətində əsas xətt olaraq davam etdiriləcəyini bildirdi və iştirakçılara təşəkkür etdi.


Konfransdan sonra iştirakçılar İlyas İsmayılovun məzarını ziyarət etdilər. Onlar mərhumun məzarı önünə əklil və gül dəstələri qoyaraq İ.İsmayılova ehtiramlarını bildirdilər. Ailə üzvləri adından Gündüz İsmayılov çıxış edərək göstərilən ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını ifadə etdi.


Tədbir çay süfrəsi ətrafında səmimi söhbətlərlə davam etdirildi. Konfrans iştirakçıları yekdilliklə qeyd etdilər ki, İlyas İsmayılovun həyatı Azərbaycan dövlətçilik tarixində ədalətə və qanuna sədaqətin parlaq nümunəsi kimi yaşayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Fevral 2026 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri