İlyas İsmayılovun vəziyyəti necədir? Son durumu açıqlandı AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"İlyas müəllimin vəziyyəti ağır stabil olaraq qalmaqdadır".
Bunu Qaynarinfo-ya açıqlamasında Ədalət Partiyasının İcra Aparatının rəhbəri Mütəllim Rəhimli bildirib.
Onun sözlərinə görə, İlyas İsmayılovun səhhətində dəyişiklik yoxdur: "Son 2 gündə təəssüf ki, yaxşıya doğru hər hansı dəyişiklik müşahidə edə bilmirik".
Qeyd edək ki, bir müddət əvvəl insult keçirən İlyas İsmayılov koma vəziyyətində Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.
İlyas İsmayılov Azərbaycan SSR Prokuroru (1985-1995), Azərbaycan Respublikasının ədliyyə naziri (1992-1995), Demokrat Partiyasının sədri və həmsədri (1996-2000), Milli Məclisinin III və IV çağırış deputatı olub, hazırda Ədalət Partiyasının sədridir.
Baxış sayı:136
Bu xəbər 11 Yanvar 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















