İmad Faraj “Neftçi”dən Tunisin “Esperans” klubuna keçib FOTO
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Futbolçu İmad Faraj bundan sonra karyerasını Tunisin “Esperans” klubunda davam etdirəcək.
İdman.Biz bu badərə "Neftçi" klubuna istinadən bildirir.
Məlumata əsasən, “Neftçi” PFK “Esperans”ın transferlə bağlı təklifini və 27 yaşlı fransalı vingerin karyerasını yeni klubda davam etdirmək istəyini nəzərə alaraq, bu təklifi müsbət dəyərləndirib.
Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və artıq razılıq əldə olunub.
2025-ci ilin iyul ayında Kiprin “AEK Larnaka” klubundan “Neftçi”yə transfer olunan İmad Faraj bir mövsüm ərzində komandanın heyətində 34 rəsmi oyunda meydana çıxıb. Bu görüşlərdə 7 qol vuran və 6 məhsuldar ötürmə edən fransalı futbolçu “Neftçi”nin uğurları üçün öz töhfəsini verib.
"İmad Faraja göstərdiyi peşəkarlığa, əzmkarlığına və “Neftçi” formasında keçirdiyi oyunlara görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!", - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 14 Avqust 2026 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















