Icma.az
close
up
RU
İmam elan olunduğum üçün mənə hər şey olar

İmam elan olunduğum üçün mənə hər şey olar

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Hüseynov Elşən Fəxrəddin oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

"Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlər tədqiq edilib.

Hakim Elşən Hüseynovdan əməlindən peşman olub-olmadığını soruşub. Təqsirləndirilən şəxs bildirib ki, o, Rəsul Həsənlini öldürmək niyyətində olub və əməlindən peşman deyil:

"Mənə 4 ay imamla görüşməyə izin vermədi. O adamdan qan çıxmalı idi. Mən imam elan olunduğum üçün buna icazəm var. Mənə hər şey olar".

Cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti prosesi dekabrın 24-ə təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Elşən Hüseynova DTX tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri