Icma.az
close
up
RU
600 dən çox toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq

600 dən çox toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müdafiə Nazirliyində yüksək intellektual potensiala malik gənclərin bilik və bacarıqlarından hərbi xidmət dövründə səmərəli istifadə olunması məqsədilə həyata keçirilən layihə yeni peşəkar inkişaf mərhələsinə keçir.

“Qafqazinfo” xəbər verir ki, bu mərhələdə Milli Müdafiə Universitetinin intellektual bölmələrinin əhatə dairəsi genişləndirilib və yüksək akademik nəticələrlə yanaşı, informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, robototexnika, proqramlaşdırma və digər müasir texnoloji istiqamətlər üzrə peşəkar səriştələr də seçim prosesində nəzərə alınır.

Eyni zamanda, çağırışçıların elektron müraciətlərinin qəbulu üçün portal istifadəyə verilib. Yeni yanaşmanın əsas məqsədi müasir müdafiə sisteminin artan texnoloji tələbləri fonunda xüsusi bilik və səriştələrə malik gənclərin potensialını aidiyyəti fəaliyyət istiqamətləri ilə uzlaşdırmaq və onların peşəkar imkanlarından daha məqsədyönlü istifadə etməkdir. 

İntellektual bölmələr modeli çağırışçıların ixtisas profilini hərbi xidmətin real funksional ehtiyacları ilə uzlaşdırır.

İnformasiya texnologiyaları, kibertəhlükəsizlik və digər əlaqəli mühəndislik sahələri üzrə üstün hazırlığa malik gənclərin müvafiq struktur bölmələrə cəlbi onların mövcud peşəkar kompetensiyalarını xidmət dövründə praktik dəyərə çevirir. Eyni zamanda, bu yanaşma həmin kateqoriyadan olan gənclərə hərbi xidmət dövründə ixtisas üzrə təcrübə qazanmaq, yeni kompetensiyalar formalaşdırmaq və peşəkar inkişaflarını davam etdirmək imkanı verir.

Tətbiq olunan model xaricdə təhsil almış gənclər arasında hərbi xidmətə marağın artmasına, yerli ali təhsil müəssisələrinin tələbələri arasında isə yüksək akademik nəticələrə və peşəkar inkişafa yönələn sağlam rəqabət mühitinin formalaşmasına töhfə verir.

Layihə çərçivəsində formalaşmış yaxşı təcrübə, o cümlədən informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt və digər oxşar istiqamətlər üzrə yüksək hazırlıqlı mütəxəssislərə artan ehtiyac onun yeni mərhələyə keçidini şərtləndirir. Mövcud seçim meyarları saxlanılmaqla yeni peşəkar və texnoloji meyarların əlavə edilməsi xüsusi bilik, bacarıq və nailiyyətlərə malik çağırışçıların da intellektual bölmələr üzrə seçim dairəsinə daxil edilməsinə imkan yaradır.

İntellektual bölmələrdə xidmətə aşağıdakı seçim meyarlarından ən azı birinə uyğun gələn çağırışçılar cəlb oluna bilərlər:

- Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanlarında bütün ixtisas qrupları üzrə 600 və daha yüksək bal toplamış şəxslər;

- Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmuş beynəlxalq və respublika fənn olimpiadaları, beynəlxalq müsabiqə və yarışların qalibləri;

- əvvəlki təqvim ilinin nəticələrinə əsasən “Times Higher Education World University Rankings” və ya “Academic Ranking of World Universities” reytinqlərində ilk 500-də yer alan xarici ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura proqramlarının məzunları;

- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” üzrə təsdiq edilmiş ali təhsil müəssisələri və təhsil proqramlarının məzunları (təhsilin Dövlət Proqramı və ya şəxsi vəsait hesabına maliyyələşdirilməsindən asılı olmayaraq);

- informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində “Advanced” və ya “Expert” səviyyəli nüfuzlu beynəlxalq sertifikatlardan birinə malik şəxslər (müvafiq siyahı portalın “Sənədlər” bölməsində yerləşdirilib);

- robototexnika, insansız sistemlər, süni intellekt, kibertəhlükəsizlik və digər texnoloji istiqamətlər üzrə ölkə və beynəlxalq səviyyəli olimpiada, yarış və müsabiqələrin qalibləri (müvafiq siyahı portalın “Sənədlər” bölməsində yerləşdirilib).

Müdafiə Nazirliyinin tabeliyində müddətli həqiqi hərbi xidmət keçəcək və müəyyən edilmiş seçim meyarlarına uyğun gələn çağırışçılar və ya onların ailə üzvləri Milli Müdafiə Universitetinin rəsmi internet saytının (mmu.edu.az) “İntellektual bölmələr” hissəsi vasitəsilə elektron müraciət edə bilərlər.

Vətəndaşlar ətraflı məlumatı müvafiq portalın “Sənədlər” bölməsindən əldə edə, zərurət yarandığı təqdirdə Milli Müdafiə Universitetinin Çağrı Mərkəzi - *0811 (iş günləri saat 09:00-dan 17:30-dək) ilə əlaqə saxlaya bilərlər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Noyabr 2026 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri