Icma.az
close
up
RU
İmamoğlu casus çıxdı: İstanbul siyasətini silkələyən istintaq genişlənir

İmamoğlu casus çıxdı: İstanbul siyasətini silkələyən istintaq genişlənir

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Moderator.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri, hazırda həbsdə saxlanılan Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə yeni istintaq başlanılıb. Türkiyə mediasının məlumatına görə, istintaq çərçivəsində həmçinin İmamoğlunun seçki kampaniyası direktoru Necati Özkan və jurnalist Mərdan Yanardağ haqqında da araşdırma aparılır. Bildirilir ki, Mərdan Yanardağ artıq saxlanılıb.

İstintaqın başladılmasına səbəb kimi əvvəlcə xarici dövlətlərlə əlaqədə şübhəli bilinən və daha əvvəl “agentlik fəaliyyəti” ittihamı ilə həbs edilmiş bir şəxsin elektron məlumat bazasından çıxarılan sənədlər göstərilir. Həmin rəqəmsal materiallarda xüsusi rabitə yazışmaları, şifrəli əlaqə kanalları və üçüncü ölkə strukturları ilə mümkün əməkdaşlıq izləri olduğu iddia olunur.

Prokurorluğun açıqlamasına əsasən, araşdırma çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinə məxsus bəzi elektron platformalardakı seçici məlumatları və istifadəçi bazalarının xaricə ötürülməsi ehtimalı da dəyərləndirilir. Məhz bu iddia istintaqın daha da genişləndirilməsinə səbəb olub.

İmamoğlu bundan əvvəl korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanılmışdı. O, hakimiyyət dairələri tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğanın ən güclü siyasi rəqiblərindən biri kimi qiymətləndirilirdi. Yeni casusluq istintağı isə ölkə daxilində siyasi temperaturu daha da artırıb.

CHP rəhbərliyi iddiaları “tamamilə siyasi sifariş” adlandırıb və İmamoğlunun xalq arasında nüfuzunun yüksəlməsindən narahat olan dairələrin bu yolla onu siyasi proseslərdən tam şəkildə uzaqlaşdırmaq istədiyini bəyan edib. CHP rəsmiləri bildirir:

“Bu, hüquqi yox, siyasi əməliyyatdır. Məqsəd 2028 seçkiləri öncəsi ən güclü namizədi sistemdən çıxarmaqdır.”

Hakimiyyətə yaxın siyasi dairələr isə iddiaların məhz hüquqi əsaslara söykəndiyini və istintaqın siyasi məqsəd daşımadığını vurğulayır.

Hazırda iş üzrə həm MİT, həm də İstanbul Baş Prokurorluğu birgə fəaliyyət göstərir. İstintaq davam edir. Məlumatlar genişləndikcə İstanbul siyasətinin gələcək mənzərəsi də daha aydın görünəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri