İmamoğlu və digər 90 şübhəlinin ifadə vermə prosesi başlayıb YENİLƏNİB 1 FOTO VİDEO
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 90 şübhəlinin iki istintaq üzrə prokurorlar qarşısında ifadə vermə prosesi başlayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, məhkəmə qarşısında Ə. İmamoğluna qarşı iddialara etiraz etmək üçün minlərlə insan yığışıb.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu Ə. İmamoğlu və digər 90 şübhəliyə qarşı “PKK terror təşkilatı ilə əməkdaşlıq”, “korrupsiya”, “rüşvət alma və vermə”, o cümlədən digər ittihamlar irəli sürüb.
***
21:31
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 90 şübhəlinin gətirildiyi məhkəmə binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, iki istintaq üzrə 30 prokurorun iştiraki ilə başlayan ifadə prosesinin səhər saatlarına qədər davam edəcəyi gözlənilir.
***
19:56
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun polisdə ifadəsi bitəndən sonra məhkəməyə aparılıb.
APA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Onunla birlikdə ittiham olunan 90 nəfər də məhkəmə qarşısına çıxarılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 22 Mart 2025 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















