İmamoğlunun ittiham aktını hazırlayan prokuror Ankarada Baş Prokuror oldu
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Hakimlər və Prokurorlar Şurasının qərarı ilə İstanbul Respublika Baş Prokurorunun müavini Aykut Çelik Ankara Respublika Baş Prokuroru vəzifəsinə təyin olunub.
Gununsesi.info xəbər verir ki, təyinat Ankara Respublika Baş Prokuroru Gökhan Karakösenin Ali Məhkəməyə üzv seçilməsindən sonra həyata keçirilib.
Qərara əsasən, HSK-nın Baş katibi Ömer Örücü və Ədliyyə Nazirliyinin Cinayət İşləri Baş İdarəsinin baş direktor müavini Ahmet Akdeniz də Ankara Respublika Baş Prokurorunun müavinləri vəzifəsinə gətiriliblər.
Qeyd edək ki, Aykut Çelik və Ömer Örücü həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlunun da təqsirləndirilən şəxslər arasında yer aldığı və ictimaiyyətdə “İBB Əsas Davası” kimi tanınan istintaq üzrə ittiham aktını hazırlayan prokurorlar sırasında olublar.
3900 səhifədən ibarət ittiham aktında İmamoğlu barəsində “mənfəət məqsədli cinayət təşkilatının rəhbəri” olmaq ittihamı irəli sürülüb. Sənəddə 143 ayrı əməl sadalanıb və iddia olunub ki, sözügedən struktur CHP-yə təsir göstərməyi və İmamoğlunun prezidentliyə namizədlik prosesinin maliyyələşdirilməsini hədəfləyib.
İttiham aktında Ekrem İmamoğlu üçün ümumilikdə 828 ildən 2352 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb olunur.
Baxış sayı:117
Bu xəbər 13 İyun 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















