İmirzalıoğlu ekranlara qayıdır, hər bölümə sərvət qazanacaq
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Türkiyənin sevilən simalarından olan Kenan İmirzalıoğlu ekranlara qayıdışa hazırlaşır.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, "Kim Milyoner Olmak İster?" verilişinin aparıcısı kimi tamaşaçıların könlünü fəth edən məşhur aktyor indi Ay Yapım imzası daşıyan yeni bir serial üçün kameralar qarşısına keçəcək.
Gazete Magazin-in məlumatına görə, Kenan İmirzalıoğlu yeni layihəsi üçün televiziya tarixində nadir rast gəlinən bir müqaviləyə imza atıb. İddialara görə, aktyor yeni serialda hər bölüm üçün 4,5 milyon TL qonorar alacaq. Bu məbləğ Türkiyə serial sənayesində indiyədək görülən ən yüksək qazanclardan biri kimi dəyərləndirilir.
Kenan İmirzalıoğlunun yeni serialı ilə bağlı daha çox məlumatın yaxın günlərdə ictimaiyyətlə paylaşılması gözlənilir.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 Aprel 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















