Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

İmişli məhkəməsində işdən çıxarılan müəllimin iddiası təmin edilmədi: Mənəvi zərərə görə kompensasiya ödənilməsi tələb edirdi

İmişli məhkəməsində işdən çıxarılan müəllimin iddiası təmin edilmədi: Mənəvi zərərə görə kompensasiya ödənilməsi tələb edirdi

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xatırladaq ki, bir müddət əvvəl İmişli rayonu Aranlı kəndindəki 1 saylı tam orta məktəbin ötən ilin sentyabrında işdən çıxarılan müəllimi Leyla Nəcəfquliyeva məhkəməyə müraciət etmişdi.

Gununsesi.info xəbər verir ki, o, işdən çıxarılma barədə əmrin ləğvi, məcburi iş buraxma müddəti üçün əməkhaqqı və mənəvi zərərə görə kompensasiya ödənilməsi tələb edirdi.

Belə ki, araşdırmalardan sonra İmişli rayon Məhkəməsi yanvarın 24-də çıxardığı qərarla müəllimin iddiasını təmin etməyib.

Bu barədə L.Nəcəfquliyeva özü məlumat verib:

“2024-cü ildə Milli Məclisə keçirilən seçkilərdə mən 82 saylı İmişli-Saatlı seçki dairəsi üzrə deputatlığa namizəd olmuşam. Seçkilərin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən sentyabrın 21-də təsdiq edilib. Amma məktəb direktoru məni sentyabrın 17-də işdən çıxarıb. Həmin vaxt mənim toxunulmazlıq hüququm olub. Bu hüquqa görə mən işdən çıxarıla, razılığım olmadan başqa işə keçirilə bilməzdim. Məhkəmə əmək müqaviləmə xitam verilməsi üçün əsas göstərilən halları müzakirə etdi, toxunulmazlıq hüququm arxa planda qaldı”,- deyə o, bildirib.

L.Nəcəfquliyeva məhkəmə qətnaməsini hələ almadığını, alan kimi ondan apellyasiya şikayəti verəcəyini söyləyir.

Qeyd edək ki, müəllim bundan əvvəl olan açıqlamasında işdən kənarlaşdırılmağını yeni tikilmiş məktəb binasının istifadəyə verilməsinin ləngidilməsinə görə sentyabrın 16-da açıq havada dərs keçməyi ilə əlaqələndirmişdi.

O, həmçinin son parlament seçkilərində deputatlığa namizəd kimi etdiyi çıxışlara, sosial mediada paylaşımlara, bəzi vəzifəli şəxslər barədə tənqidi çıxışlarına görə hədələndiyini də vurğulayırdı.

Onu da vurğulayaq ki, daha əvvəl də L.Nəcəfquliyeva çalışdığı məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşmaqla gündəmə gəlmişdi.

Bildirirdilər ki, “müəllim şagirdlərdən alət kimi istifadə edib”

Mil-Muğan Regional Təhsil İdarəsi də müəllimin işdən kənarlaşdırılmasının şagirdlərə açıq havada dərs keçməsi və bunu özünün TikTok hesabından canlı paylaşması ilə əlaqədar olduğunu təsdiqləmişdi.

Qurum yaydığı açıqlamada iddia edib ki, müəllim şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. “Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozub”,- açıqlamada bildirilir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Yanvar 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see352

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see293

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see268

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see265

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see234

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see231

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see217

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see204

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see200

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see195

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see183

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see181

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see181

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see138

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see138

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see131

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see130

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see128

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri