Icma.az
close
up
RU
Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb.

Məlumata görə, zəhərlənən şəxslərin sayı 26 nəfərə çatıb.Onların arasında azyaşlılar da var. Artıq 26 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib.

Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.Bəs dönər kimi geniş istehlak olunan məhsullarda zəhərlənmə riskini artıran əsas texnoloji və gigiyenik çatışmazlıqlar nələrdir? 

Həmçinin, kütləvi zəhərlənmə halları baş verdikdə vətəndaşlar ilk olaraq hansı quruma müraciət etməlidirlər? Vətəndaşlar qida zəhərlənməsinə görə məsuliyyət daşıyan müəssisədən bu kimi hallarda kompensasiya tələb edə bilərmi?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a danışan qida eksperti Fərid Səfərov bildirib ki, bu cür hallar yalnız fərdi sağlamlığa deyil, bütövlükdə ictimai təhlükəsizliyə ciddi təhdid yaradır:

"Tovuzda baş verən kütləvi zəhərlənmə hadisəsi bir daha göstərdi ki, hazır ət məhsullarının, xüsusilə dönərin istehsalı və satışı sahəsində ciddi texnoloji və gigiyenik nəzarət vacibdir. Bu cür hallar təkcə sağlamlığa deyil, həm də ictimai təhlükəsizliyə təhdiddir".

Ekspert, dönər kimi məhsullarda zəhərlənmə riskini artıran əsas texnoloji və gigiyenik çatışmazlıqları da açıqlayıb.

"Bu çatışmazlıqların vaxtında aradan qaldırılmaması kütləvi zəhərlənmələrə səbəb ola bilər. Bunlardan birincisi, ətin keyfiyyətsiz və ya vaxtı keçmiş olmasıdır. 

Soyuq qida zənciri (Qida təhlükəsizliyi qaydalarına görə, soyuq yerdə saxlanılmalı olan qidanın istehsalından başlayaraq daşınma, saxlanma və satış kimi istehlaka qədərki bütün pillələrdə tətbiqi məcburi olan prosesə soyuq zəncir deyilir. Burada məqsəd qidanın istehlakçı üçün risk təşkil etməməsidir) pozulmuş ətlər bakteriyaların çoxalmasına şərait yaradır.

Ətin doğru bişirmə texnikaları ilə marinad (ətin ədviyyatlı qarışıqda gözlədilmə prosesidir) edilməməsi və ya uzun müddət saxlanılması da zəhərlənməyə səbəbdir. Marinad məhsulun keyfiyyətini qoruyur, lakin uzun müddət saxlanıldıqda bu, zəhərlənməyə səbəb ola bilər.

Həmçinin, qızartma temperaturunun və müddətinin qeyri-kafi olmasını da göstərə bilərik. Ət tam bişmədikdə “Salmonella, E.coli” kimi bakteriyalar sağ qalır.

Həmçinin, kəsim və hazırlıq avadanlıqlarının çirkli olması, bişməmiş və bişmiş ətin eyni səthdə hazırlanması çarpaz yoluxma riskini artırır.
İşçi heyətin şəxsi gigiyenasına riayət etməməsini də buna misal göstərə bilərik. Əl gigiyenası və xəstə işçilərlə təmas təhlükəlidir.

Dönərin uzun müddət sobada saxlanması və yenidən isidilməsi təhlükəli ola bilər. İstilik mühitində uzun müddət qalan ət bakteriyalar üçün əlverişlidir".

O bildirib ki, zəhərlənmə halları ilə qarşılaşan vətəndaşlar dərhal tibbi yardıma müraciət etməlidirlər:

"Bu cür hallarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat verilməlidir. Vətəndaşlar AQTA-nın 1003 “Qaynar xətt” vasitəsilə və ya “www.aqta.gov.az” saytına daxil olaraq onlayn formada müraciət edə bilərlər. Zəhərlənmə hallarında tibbi yardım gecikdirilmədən çağırılmalıdır".

Fərid Səfərov qeyd edib ki, qida zəhərlənməsi hallarına görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur:

"İnzibati məsuliyyət, sanitariya və gigiyena qaydalarının pozulmasına görə müəssisəyə, cərimə, fəaliyyətin dayandırılması, lisenziyanın ləğvi tətbiq oluna bilər.

Həmçinin, cinayət məsuliyyəti tətbiq oluna bilər. Əgər ağır nəticəli zəhərlənmələr (ölüm və ya sağlamlığa ciddi zərər) baş verərsə, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, məsul şəxslər cəzalandırıla bilər.

Eyni zamanda, vətəndaşların kompensasiya almaq hüququ da var. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, vətəndaş tibbi xərclər, iş qabiliyyətinin itirilməsi, mənəvi zərərə görə kompensasiya tələb edə bilər.

Bunun üçün hüquqşünas dəstəyi ilə məhkəməyə müraciət olunmalıdır. İctimaiyyətin bu məsələlər barədə maariflənməsi və aidiyyəti qurumların ciddi nəzarəti bu kimi hadisələrin qarşısını almaqda əsas rol oynayır".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: Mənəvi zərər kompensasiya Fərid Səfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 İyun 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri