İmişli rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinskiyə təbrik məktubu ünvanlayıb
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinskiyə təbrik məktubu ünvanlayıb.
Ermənistanın həyata keçirildiyi işğalçı etnik təmizləmə siyasəti nəticəsində öz tarixi ata-baba torpaqlarından qovulmuş soylu - köklü Qərbi Azərbaycanlıların hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaradılmış maddi-mədəni irsin təbliği sahəsində fəaliyyətinə, İnsan hüquqlarının və azadlıqlarının qorunması uğrunda apardığı davamlı və dayanıqlı sosial-iqtisadi, siyasi əzmkarlığına görə Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, professor Vaqif Şadlinski Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu" ilə təltif olunub. Bu münasibətlə sizi səmimi qəlbdən təbrik edir, həyatın əvəzsiz neməti olan cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə: Saleh Səmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 05 Dekabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















