Icma.az
close
up
RU
İmişli rayon Ağsaqqallar Şurasının növbədəti iclası keçirildi

İmişli rayon Ağsaqqallar Şurasının növbədəti iclası keçirildi

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

16 yanvar 2025- ci il tarixində İmişli rayon Ağsaqqallar Şurasının növbədəti iclası keçirildi.

İclası açıq elan edən lmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun təklifi ilə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin, həmçinin 44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin və son dövrlərdə dünyasını dəyişən ağsaqqallarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İclasda İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin birinci müavini Vahid Tağıyev, Aparat rəhbəri Murad Seyidov, millətlərarası münasibətlər üzrə sədrin köməkçisi Adil Kərimov, Ağsaqqallar Şurasının təsis etdiyi "Xalq sözü" qəzetinin baş redaktoru Nizami Aslanoğlu və ərazi təşkilatlarının sədrləri iştirak edirdi.

İclasda çıxış edən şura sədri Saleh Səmədov 15 yanvar 2025 - ci il tarixində Bakı şəhərində Qərbi Azərbaycan icmasının üzvləri ilə keçirilən müşavirə barədə ətraflı məlumat verdi. Sədr Saleh Səmədov çıxışı zamanı xüsusi olaraq qeyd etdi ki, müavinlərədə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili hörmətli professor Eldar Quliyev, Qərbi Azərbaycan İcması idarə heyətinin sədri millət vəkili Əziz Ələkbərli, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, millət vəkili, akademik Əhliman Əmiraslanov, AMEA-NIN prezidenti, Azərbaycan Ağsaqqallar Şurasının idarə heyətinin üzvü, akademik İsa Həbibbəyli, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri - millət vəkili, professor Eldar İbrahimov, Bayram Yusifov, akademik Abel Məhərrəmov, Qərbi Azərbaycan İcmasının Nəzarət Təftiş komissiyasının sədri, professor Vahid Novruzov, həmçinin şuranın idarə heyətinin üzvləri Millət vəkili, professor Aqiyə Naxçıvanlı, professor İbrahim Quliyev və Akif Rəfiyev, Aparat rəhbəri Ramin Həsənli, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının rayon təşkilatlarının sədrləri - SALEH SƏMƏDOV, Arif Hümbətov, Mürvət Əsgərov, Baba Bayramı, Ramin Məmmədov və icmanın rəsmi şəxsləri iştirak edirdi.

Müşavirədə çıxış edənlər Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına dönüşünün həqiqət və qaçılmaz olmasının aktuallığı bir daha vurğulandı.

Qürur hissi ilə qeyd etmək yerinə düşər ki, müşavirədə İmişli rayon Ağsaqqallar Şurasının müsbət fəaliyyəti yüksək qiymətləndirildi. Müşavirədə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının rəhbər heyəti İmişli rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Bizim əməyimizə verilən bu yüksək qiymət məsuliyyətimizi daha da artırır və eyni zamanda gələcək işlərimizə stimul verir.

Sonra 20 Yanvar faciəsi haqqında məlumat verən natiq xüsusi olaraq vurğuladı ki, 20 Yanvar faciəsinə hüquqi - siyasi qiymət məhz Ulu Öndər Heydər Əliyevin əzmkarlığı və cəsarəti sayəsində verildi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 20 Yanvar faciəsi Azərbaycanda "Hüzn günü" elan olundu və hər ilin 20 Yanvar günü, saat 12-00 da bütün Azərbaycan ərazisində bir dəqiqəlik sükut elan edildi və həmin zaman respublikanın bütün bölgələrində avtomobillər, qatarlar və gəmilər bir dəqiqə siqnal verərək Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar.

Bu il o qanlı faciədən 35 il ötməsinə baxmayaraq xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hörmət və ehtiramla yad etmək üçün dəmir yumruq ətrafında birləşərək onların ruhunu yad edəcəklər.

Biz də İmişli rayon Ağsaqqallar Şurasının üzvləri saat 11-00- da İmişli rayonunda şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələrini qoymaqla qəhrəman şəhidlərimizin ruhuna öz dərin hörmət və ehtiramımızı bildirəcəyik.

Şuranın sədri Saleh Səmədov sonra çıxışı zamanı xüsusi olaraq vurğuladı ki, yuxarıda qeyd etdiyim kimi Azərbaycan Ağsaqqallar Şura üzvləri və şəxsən şuranın sədri hörmətli professor Eldar Quliyev İmişli rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirlər. Bütün bu nailiyyətlərimizə yüksək səviyyədə qiymət verin Azərbaycan Ağsaqqallar Şurasının sədri, hörmətli professor Eldar Quliyev İmişli rayon Ağsaqqallar Şurasının dörd nəfər üzvünü mükafatlandırılıb.

Mustafayev İlham Qaroğan oğlu - Muğuzallı ərazi təşkilatının sədri - 65 yaşının tamam olması münasibəti ilə "Fəxri Fərman"la, Əliyev Şahin Bəhmən oğlu - İmişli rayon mərkəzi xəstəxanası ərazi təşkilatının sədri 55 yaşının tamam olması münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının "Fəxri Fərmanı" ilə, İmişli rayon Ağsaqqallar Şurasının təsisçiliyi ilə nəşr olunan "Xalq sözü" qəzetinin baş redaktoru Nizami Aslanoğlunun 55 yaşının tamam olması münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının "Fəxri Fərmanı" ilə təltif olunublar.

İmanov Familin uzunmüddətli təqdirəlayiq əmək fəaliyyətinə və 70 illik yubileyi münasibətilə ilə Azərbaycan Ağsaqqallar Şurasının "Fəxri Ağsaqqal Döş nişanı" ilə təltif olunur.

Təltif və təqdimatdan sonra tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri