Icma.az
close
up
RU
İmişli və Araz Naxçıvan təmsil etdikləri rayonlarda oynamaya bilər AFFA AÇIQLADI

İmişli və Araz Naxçıvan təmsil etdikləri rayonlarda oynamaya bilər AFFA AÇIQLADI

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Karvan-Yevlax" və "İmişli" ötən mövsüm Premyer Liqaya vəsiqə qazananda, AFFA İcraiyyə Komitəsi bu klublara bir il möhlət tanımışdı ki, infrastruktur və akademiya ilə bağlı işlərini səhmana gətirsinlər. 

Yevlax klubu bir neçə ay ərzində stadionu Premyer Liqa standartlarına uyğunlaşdırdı, "İmişli" hərəkətsiz qaldı. Gözlənilən o idi ki, stadionu olmayan "İmişli" bu mövsüm Premyer Liqaya lisenziya almaz. Lakin federasiya bu məsələnin üstündən səssiz keçdi. 

Anlaşılmayan qalan odur ki, "İmişli"yə yenə vaxt verilib, yoxsa bu mövzu tam qapanıb... AFFA-nın mətbuat xidmətindən verilən cavab bir qədər gözlənilməz oldu:

"Yevlaxın "Karvan" klubunun ev oyunlarını keçirdiyi stadion hazırda Premyer Liqa standartlarına tam cavab verir və Premyer Liqada çıxış edən “İmişli” bu stadiondan istifafə edə bilər. Mətbuatda yaranan bəzi suallara aydınlıq gətirərək bildirmək istəyirik ki, Peşəkar Futbol Liqasının reqlamentində və lisenziyalaşdırma qaydalarında klubların ev oyunlarını mütləq şəkildə öz təmsil etdikləri şəhərdə keçirməsi ilə bağlı hər hansı məcburi məhdudiyyət və ya tələb mövcud deyil. Əgər klubun öz stadionu standartlara cavab vermirsə, o, Azərbaycan Respublikasının ərazisində yerləşən və müvafiq standartlar cavab verən istənilən stadionda öz ev oyunlarını keçirmək hüququna malikdir". 

Açıqlamadan belə anlaşılır ki, "İmişli" də, elə "Araz-Naxçıvan" da onilliklərlə doğma rayonlardan kənarda oynaya bilər. Halbuki İK-nın məlum qərarında qeyd olunmuşdu:  "AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün bir illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi".

Maraqlıdır ki, İK-nın qərarında qeyd olunan "infrastruk çatışmazlığı" nə demək idi? "İmişli"nin infrastrukturu yoxdursa və olmayacaqdısa, bir ilə nəyi düzəltməliydi, "infrastruktur" sözü bu qərarda nə üçün əksini tapıb?

SPORTAL.AZ

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sportal.az
archiveBu xəbər 08 Sentyabr 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri