Icma.az
close
up
RU
İmişlidə 64 yaşlı kişi həmkəndlisinə bu səbəbdən xəsarət yetirdi TƏFƏRRÜAT

İmişlidə 64 yaşlı kişi həmkəndlisinə bu səbəbdən xəsarət yetirdi TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

İmişli rayonunda 1961-ci il təvəllüdlü Atamoğlan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Dəyanətə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 iyul 2023-cü ildə baş verib. Atamoğlan həmin gün saat 20 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yolda avtomobillə hərəkətdə olarkən, həmin yolda piyada hərəkət edən Dəyanətə “yolun ortasından çəkil” dediyinə görə sonuncu bir qədər irəlidə yolun kənarında əsassız olaraq ona irad tutduğunu bildirib. Bu zaman o, Dəyanəti vuraraq ona xəsarətlər yetirib. 
Hadisəni törədən Atamoğlanın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Atamoğlan ona elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib. 
Atamoğlun ifadəsində göstərib ki, saat 20 radələrində arvadı Leyla ona oğlu Samirgilin kimləsə mübahisə etdiyini deyib: “Mən də digər oğlum Şəmillə birlikdə onların yanına getdim. Bu vaxt oğlum Samirin həmkəndlmiz Dəyanət ilə sözlü mübahisə etdiyini gördüm. Dəyanətə iradlarımı bildirsəm də, sonuncu sakitləşmədi. Onun evimizin qarşısında səs-küy saldığı, mübahisə etdiyi və mənə nalayiq ifadələr işlətdiyi üçün əsəbləşdim. Onu iki dəfə sağ əlim ilə, yumruqla vurdum. Bu zaman Dəyanətin eynəyi sınaraq yerə töküldü. Mübahisə, dava-dalaş təxminən 2-3 dəqiqə davam etdi və həmin vaxt mənim əlimdə heç bir əşya olmayıb”.
İş üzrə zərərçəkmiş Dəyanətin sözlərinə görə, iyulun 18-də, saat 20 radələrində İmişli rayonu, Qaragüvəndikli  kəndində Elgün adlı şəxsin mağazasından siqaret alaraq evə qayıdarkən, həmin vaxt avtomobil yanından keçib və  həmin avtomobilin sürücüsü əlini avtomobildən çölə çıxararaq ona yoldan çəkil deyib: “Mən də həmin vaxt yolun kənarı ilə getmişdim. Lakin həmin şəxsə heç nə demədim. Bundan sonra həmkəndlimin fərdi yaşayış evinin yanında özümə məxsus torpaq sahəsinin  qarşısına getdim. Oraya mal-qaranın gələn vaxtı olduğu üçün heyvanların həmin torpaq sahəsinə girməməsinə nəzarət etmişəm. Bu zaman həmin avtomobilin sürücüsü qarşıdan geri dönüb qayıdaraq Samirgilin fərdi yaşayış evinin qarşısında avtomobili saxladı və avtomobildən düşərək mənə tərəf gəldi. Mən də həmin şəxsə öz iradımı bildirirdim, yolun kənarı ilə getdiyim halda mənə nəyə görə elə dediyini soruşdum. Bu zaman həmin avtomobilin sürücüsü mənə nalayiq ifadələr işlətməyə başladı. Həmin vaxt Samir öz evlərindən çıxaraq gəldi, nə məsələ olduğunu soruşdum. Mən də Samirə hadisəni danışdım. Bundan sonra Samir mənə sonradan adını bildiyim Elgiz adlı sürücünün onlara qonaq gəldiyini dedi, mübahisənin lazım olmadığını, onun xətrinə həmin Elgiz adlı sürücünü bağışlamağımı istədi. Mən də Samirlə razılaşdım, öz aramızda söhbət etdik”.
Zərərçəkmiş qeyd edib ki, həmin vaxt təqsirləndirilən Atamoğlan və oğlu onların yanına gəlib: “Mən də arxaya  çevrilərək Atamoğlangilin gəldiyini gördüm. Sonra Samirlə söhbətimə davam etdim. Bu zaman qəflətən arxadan Atamoğlan göz nahiyəmə yumruqla bir dəfə zərbə vurdu və gözümdə olan eynəyim sınaraq şüşəsi gözümə doldu. Daha sonra isə zərbənin təsirindən əllərim ilə üzümü tutarkən Atamoğlan baş nahiyəmin sol tərəfindən təkrar zərbə vuraraq mənə xəsarət yetirdi. Daha sonra atam gələrək məni oradan evə apardı”. 
Bu cinayət işinə İmişli Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Atamoğlanın əməli Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif
edilib. 
Atamoğlanın zərərçəkmişlə barışması, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması nəzərə alınıb. Bu səbəbdən Atamoğlanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Yanvar 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri