Icma.az
close
up
RU
İmişlidə “Sağlam seçim sağlam gələcək” mövzusunda gənclərlə görüş keçirilib

İmişlidə “Sağlam seçim sağlam gələcək” mövzusunda gənclərlə görüş keçirilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun  birgə təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə “Sağlam seçim – sağlam gələcək” mövzusunda gənclərlə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun müdiri Ceyhun Əbdulov, əməkdaşlar, rayon ictimaiyyətinin nümayəndələri, məşqçilər və idmançılar iştirak edib.
Tədbirdə Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun müdiri Ceyhun Əbdulov, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədr müavini Elnur Tağıyev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Səbinə Abdullayeva, İmişli Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Dilaram Nəsirova çıxış edərək Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətindən, Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti və gənclərin cəmiyyətin inkişafındakı rolu barədə fikirlərini iştirakçılarla bölüşüblər.
Psixoloq Dilaram Nəsirova tərəfindən iştirakçılar arasında interaktiv psixoloji test aparılıb. İştirakçılar testdə fəal iştirak edərək öz düşüncə tərzlərini, qərarvermə bacarıqlarını və sağlam seçimlərə münasibətlərini qiymətləndirmək imkanı qazanıblar.
Tədbirin bədii hissəsində tarda Ağakərim Əhmədovun müşayiəti ilə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbəsi Nazlı Nəsirovanın musiqi ifası təqdim olunub.
Tədbirdə rayon gənclərinin ictimai fəallığının artırılmasında göstərdiyi xidmətə, rayonun idman həyatının inkişafında səmərəli fəaliyyətinə və uğurlu nəticələrə görə bir sıra şəxslər YAP İmişli rayon təşkilatı tərəfindən “Fəxri Fərman” və “Təşəkkürnamə” ilə təltif ediliblər.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 İyul 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri