Icma.az
close
up
RU
“İmişli”nin ilk “peşəkar addımı

“İmişli”nin ilk “peşəkar addımı

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Premyer Liqada bölgə təmsilçilərinin sayı artdıqca, futbolumuz adına sevinməmək olmur. İllərdir idman mətbuatının, futbol adamlarının məsləhəti, mübarizəsi nəhayət ki, öz nəticəsini verir. 
Bölgədə futbol - azarkeşlərin yenidən meydanlara qayıtmasıdır, uşaq futbolunun inkişafıdır, Bakı çempionatının bitməsidir və s...

Lakin ölkədə futbolun coğrafiyası böyüdükcə, işbazların da bazarı genişlənir. Piştaxtalarını “Futbol AVM"-nin (alış-veriş mərkəzi - red.) girəcəyində quran “tacirlər”, daxil olan ilk müştəriləri aldatmağa, keyfiyyətsiz mallarını sırımağa çalışır. Müştəri də təcrübəsizdirsə, vay halına.

Çox uzatmayacam... Yuxarıda müştəri qismində obrazlı təqdim etməyə çalışdığım “İmişli” klubu və onun idarəçiləridir. Deyəsən, bölgə təmsilçisinə ilk addımda badalaq vurmağı bacarıblar. Yaxınlarda portuqaliyalı baş məşqçi Jorje Kaşkilya ilə anlaşan Aran təmsilçisi hər kəsi təəccübləndirməyi bacardı. Azərbaycanda “İmişli”nin “yükünü” çəkə biləcək kifayət qədər məşqçilər var. Niyə əcnəbi? Suallar çoxdur. Məsələn, yerli mütəxəssis çox pul istəyib? Nə qədər? On min, on beş min? Jorje Kaşkilya bu qiymətdən aşağı məvacibə gəlibsə, yenə vay “İmişli”nin halına. O boyda Avropada 5-10 minə iş tapa bilməyən məşqçi kimə lazımdır?  
Və yaxud klub idarəçiləri dövlətin ayırdığı 2,5–3 milyonu ilk addımda niyə əcnəbiyə xərcləməyə, ölkədən kənara çıxarmağa çalışır?  

Görmüşük ki, körpə dil açanda “ata”, “ana” deyər. İlk addımını ona əziz olanlar, qayğı göstərənlər tərəfə atar. “İmişli”nin ilk sözü “Hello, Kaşkilya”, addımı isə Portuqalya tərəfə oldu. Yaxşı, bəs Aran təmsilçisini “bismillah” etməmiş kim aldadır?
Hə, əsas sual budur. 

Məlumat var ki, “İmişli”yə menecerliyi, hazırda Premyer Liqanın digər iştirakçısının prezidenti edir. "Hər gün qulaq bir söz eşitməsə, kar olar" deyiblər. Nə məlum ki, sabah məşqçi həmin menecerinə borcunu meydanda ödəməyəcək? Yəqin AFFA rəhbərliyi də gəzən söz-söhbətdən xəbərdardır. Bu bazarı azara çevirmədən qarşısını almaq ali futbol qurumumuzun borcudur! Vəssalam!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:357
embedMənbə:https://fanat.az
archiveBu xəbər 01 İyul 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see255

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see236

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see232

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see228

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see226

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see225

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see218

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see216

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see213

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see201

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see198

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see197

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see197

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see193

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see191

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see189

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see184

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see177

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri