Icma.az
close
up
RU
İmkan verin Nəriman futbolunu oynasın

İmkan verin Nəriman futbolunu oynasın

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Çoxları bunu gözləmirdi. Bütün günü "Qarabağ” hücumçu alsın”, "Bu Nərimanla uzağa gedə bilməyəcəklər” deyən qismi nəzərdə tuturam. Onlara elə gəlir ki, futbolu Qurban Qurbanovdan və onun köməkçilərindən, eləcə də "Qarabağ”ın rəhbərliyindən yaxşı bilirlər. Onların dünyasına görə Azərbaycan futbolu üçün ən çox yandıran da özləridir. Başqa heç kim bizim futbolu onlar qədər sevmir. 

İşin əsli isə tamam fərqlidir. Hər kəs öz işi ilə məşğul olanda uğur qazanmaq daha asan olur, nəticələr hamını sevindirir. Azarkeşin də işi tribunaya gəlib, komandaya dəstək olmaqdır. Özü də bunu təkcə avrokubok qarşılaşmalarında etmək lazım deyil. "Qarabağ”ı Azərbaycan Premyer Liqasının oyunlarında da boş tribunalar önündə oynamaq əzabından xilas etmək lazımdır. "Qarabağ”ın təklif göndərdiyi, transfer etmək istədiyi hansısa əcnəbi də baxıb görməlidir ki, komanda sahibsiz deyil, hər oyununda azarkeşlər tribunaları doldurur, futbolçulara dəstək verir. Belədə onlar da daha məsuliyyətli olur, hara gəldiklərinin fərqinə varır, işlərinə peşəkar yanaşırlar. 

Ümid edirəm ki, "Qarabağ”ın ardıcıl zəfərləri bizi sevindirdiyi kimi, həm də futbola yanaşmamızı da bir qədər dəyişəcək. Artıq məsələlərə daha geniş çərçivədən baxmağı bacaracağıq. Bəli, "Qarabağ”ın hücum xəttinin gücləndirilməsinə ehtiyac var. Heç kim bunu inkar etmir. Amma nəyin bahasına olursa, olsun hücumçu alıb gətirməklə də problemi kökündən həll etmək mümkün deyil. Hələ 10 il bunddan əvvəl Qurban Qurbanova bu cür suallar verirdilər: "Niyə 5 milyona "peşəkar” hücumçu almırsız”. Zaman keçir, oxşar suallar davam edir. Çünki biz futbola baxışımızı dəyişə bilməmişik. 

Nəriman Axundzadə bu yayın ən çox tənqid olunan azərbaycanlı futbolçusudur. Adam Çempionlar Liqasının pley-offuna vəsiqə qazanan komandanın hücumçusudur. Yəni ki, "Qarabağ”ın. Onu qara qaşına, gözünə görə "Qarabağ”a gətirməyiblər. Oynayıb, qollar vurub və bu formaya layiq olduğunu isbatlayıb. Elə bu mövsüm də tənqidlərə baxmayaraq, qollarını vurur. Həm "Şelburn”la, həm də "Şkend”ya ilə oyunda fərqlənməyi bacarıb. Onun fəallığı "Qarabağ”a penalti qazandırıb. Eyni zamanda da komanda yoldaşlarına bacardığı qədər dəstək olub. Bəli, bacardığı qədər. Heç kim bacardığından artığını edə bilməz. Nəriman da istedadının üzərinə ona öyrədilənləri əlavə edir, "Qarabağ”a fayda verir, azarkeşləri sevindirir. Ona nəyisə lazımınca öyrətməyiblərsə, artıq öz günahı deyil.

Bu mövsüm Azərbaycan klubları bir ucdan əcnəbi transfer edir. Legioner limitinin də ləğv olunması onların əlini-qolunu açır. Gələnlərin adlarına diqqət edirəm. Hansısa böyük uğur qazananlar yoxdur. Bəlkə "Neftçi”nin, yaxud da "Sabah”ın Azərbaycana gətirdiyi hücumçular arasında Çempionlar Liqasının qrupunu demirəm, pley-offunda oynamış, komandasının o səviyyəyə çatmasında əməyi olmuş kimsə var? Mən beləsinin adını görə bilməmişəm, siz bilirsizsə, deyərsiz. Siz də axtarın, görün klublarımızın bir ətək valyuta xərcləyib, Azərbaycana gətirdiyi legionerlər arasında Nəriman kimisi varmı?! "Qarabağ” "Şkendiya”nın baş məşqçisi Bekcirini, "Ferentsvaroş”un çalışdırıcısı Robi Kini özüylə hesablaşmağa, gücünü etiraf etdirməyə məcbur edib. Bu uğurda "Qarabağ”ın bütün üzvlərinin, o cümlədən də Nərimanın payı var. Hikkəmizdən əl çəkək, biz də etiraf edək. İmkan verək adamlar futbolunu oynasın, qollarını vursun.

Amal Abuşov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Avqust 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri