Icma.az
close
up
RU
İmmiqrasiya Avropanın demoqrafik yaşlanmasına cavablardan biri

İmmiqrasiya Avropanın demoqrafik yaşlanmasına cavablardan biri

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Strasburq, 30 yanvar, AZƏRTAC

AŞPA-nın qış sessiyası çərçivəsində Avropanın üzləşdiyi demoqrafik qocalmanın, gənclərin və əmək qabiliyyətli əhalinin sayının azalmasnın narahatlıq doğurması ilə bağlı müzakirələr aparılıb. Bu gün bir çox Avropa ölkələrində immiqrasiyanın tənqid olunduğu bir vaxtda AŞPA hesabatı məhz immiqrantlara ehtiyac olduğunu göstərib

AZƏRTAC xəbər verir ki, britaniyalı parlamentari Keyti Osamorun hazırladığı “İmmiqrasiya - Avropanın demoqrafik yaşlanmasına cavablardan biri” adlı məruzədə bildirilir ki, Avropada demoqrafik qocalma, gənclərin və əmək qabiliyyətli əhalinin sayının narahatlıq doğuran səviyyədə azalması təkcə fərdlər üçün deyil, həm də ictimai xidmətlər, biznes və vətəndaş cəmiyyəti, xüsusilə səhiyyə, sosial xidmət sistemləri, əmək bazarları, dövlət maliyyəsi, həmçinin pensiya hüquqları sahələrində ciddi təsir göstərəcək.

Qətnamənin qəbulu zamanı AŞPA yaşlı insanlara dəstəyin artırılmasının zəruriliyini vurğulayıb və üzv dövlətləri yaşlı əhalinin rifahını, yüksək həyat keyfiyyətini təmin etmək üçün səmərəli siyasət hazırlamağa çağırıb.

Həmçinin üzv dövlətlərə miqrantların ümumi inteqrasiyasını və sosial birliyini təşviq edən siyasətlərini təkmilləşdirmək təklif olunub. Qəbul edilmiş qətnamədə vurğulanır ki, bu hərtərəfli, gender bərabərliyinə uyğun və çoxölçülü inteqrasiya siyasətləri sənədsiz miqrantların nizamlanmasından tutmuş yerli icmalarda birbaşa və ünvanlı yardımın təşviqinə, iş üzrə təlimlərə təkan verər. Avropalı parlamentarilər bildiriblər ki, immiqrasiyanın Avropanın cari və gələcək işçi çatışmazlığını, xüsusən də qayğı ilə əhatə olunan peşələrini yerinə yetirə biləcəyi bir vasitə ola bilər. Eyni zamanda, daha davamlı inteqrasiyaya nail olmaq və miqrantları, qaçqınları, yerli icmaları bir araya gətirmək üçün vətəndaş cəmiyyəti təşkilatlarına arxalanaraq, onların imkanlarını gücləndirməklə müxtəlif icmalar arasında körpülərin qurulmasına yönəlmiş proqramların həyata keçirilməsi təklifi irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri