Icma.az
close
up
RU
İmmobile tarixə, Hatayspor aşağı liqaya düşdü

İmmobile tarixə, Hatayspor aşağı liqaya düşdü

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə çempionatında 33-cü tura start verildi.
Turun açılış oyununda ''Beşiktaş'' autsayder ''Hatayspor''u qəbul etdi. ''Football-plus.az'' xəbər verir ki, qonaqlar oyuna uğurlu başlayaraq hətta 20-ci dəqiqədə hesabı açmağa da müvəffəq oldular. Amma sonrakı dəqiqələrdə böyük üstünlüyə yiyələnən İstanbul nəhəngi fasiləyə qədər yalnız bir qol vura bildi. Çiro İmmobile ilk yarının sonlarına yaxın penaltini dəqiq yerinə yetirdi. Fasilədən sonra isə ''ağ-qaralar'' rəqibə heç bir şans vermədilər.
İmmobile penaltidən ikinci qolunu vurmaqla komandasını hesabda önə keçirdi. Bu qol qonaqları tamamilə həvəsdən saldı. Qalan müddətdə daha 3 dəfə fərqlənən Ole Qunnar Sulşerin komandası 5:1 qalib gəldi. İmmobile Türkiyə karyerasında ilk dəfə het-trik etdisə, meydana çıxdıqdan 3 dəqiqə sonra fərqlənən ekvadorlu Keni Arroyo superliqada ilk qolunu vurdu. Daha bir qolu aktivinə komandanın lideri Rafa Silva yazdı.
Beləliklə, bu nəticə ilə ''Hatayspor''un hətta riyazi cəhətdən də elitada qalmaq şansı tükəndi. Bu komanda ''Adana Dəmirspor''un ardından elita ilə vidalaşan ikinci kollektiv oldu. 2020-ci ildən superliqada çıxış etməyə başlayan Hatay təmsilçisi həm də tarixində ilk dəfə elitanı tərk etdi. ''Qartal'' bu mövsüm superliqada ilk dəfə bir oyuna 5 qol vurdu.
Stefano Okaka və Mario Balotellidən sonra Türkiyə çempionatı tarixində het-trik edən 3-cü italiyalı futbolçu olan İmmobile adını klub tarixinə yazdırmağı bacardı. 35 yaş 64 günlüyündə 3 qol vuran hücumçu ''Beşiktaş''ın heyətində superliqada het-trik edən ən yaşlı futbolçu oldu!
Onu da bildirək ki, çempionatda het-trik edən son ''Beşiktaş''lı isim 2021-in mayında kanadalı Kayl Larin olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Aprel 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri