Icma.az
close
up
RU
İmmuniteti gücləndirmək və viruslu xəstəliklərin qarşısını almaq üçün ən yaxşı meyvələr hansılardır?

İmmuniteti gücləndirmək və viruslu xəstəliklərin qarşısını almaq üçün ən yaxşı meyvələr hansılardır?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vitaminlərin və antioksidantların müntəzəm qəbulu kəskin respirator virus infeksiyaları (KRVİ) xəstəliklərinin tezliyini azaltmağa və orqanizmin bərpasını sürətləndirməyə kömək edir. Həkimlər ən çox meyvələrin qəbulunun artırılmasını tövsiyə edir, lakin onların hamısı bu xəstəliklərlə mübarizədə eyni dərəcədə effektiv deyil. Bundan əlavə, qida rasionunda antioksidantların olmasının vacibliyini unutmamaq lazımdır - onlar hüceyrələri zədələnmədən qoruyur, iltihabı azaldır və orqanizmin ümumi bərpasına kömək edir.

Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

Rusiyalı nutrisiologiya məsləhətçisi Alla Porxun soyuqdəymə dövründə hansı adi və ekzotik meyvələrin qida rasionuna daxil edilməsinin lazım olduğunu söyləyib.

"Sitrus meyvələri - portağal, limon, mandarin və qreypfrut - C vitamini ilə zəngin olduğuna görə klassik seçim olaraq qalır. Bu vitamin immuniteti dəstəkləyir və kollagen sintezini stimullaşdırır ki, bu da toxumaların sağalmasını sürətləndirir və selikli qişaları möhkəmləndirərək infeksiyalara qarşı əlavə baryeri yaradır. Məsələn, bala əlavə edilmiş çaya qatılan limon iltihablanmış boğazı sakitləşdirməyə kömək edir", - deyə o izah edib.

Kivi də sitrus meyvələri kimi C vitamini, həmçinin antioksidantlar və liflərin mənbəyidir ki, bu da bağırsaq mikrobiotasının sağlamlığını dəstəkləyir və bu da birbaşa immun sisteminin funksiyaları ilə əlaqəlidir. Nar isə öz növbəsində güclü iltihab əleyhinə xüsusiyyətlərə malikdir, qan dövranını yaxşılaşdırır və infeksiyaların yayılmasına mane olan antivirus təsiri göstərən polifenollar tərkiblidir.

"KRVİ zamanı banan, alma və xırnik da faydalıdır. Kaliumla zəngin olan bananlar, xüsusilə yüksək hərarət zamanı su-duz balansını saxlamağa kömək edir, pektinlə zəngin olan almalar isə bağırsağın işini normallaşdırmağa kömək edir ki, bu da immun cavaba müsbət təsir göstərir. Xırnik A, C, P vitaminləri, həmçinin yod və maqnezium sayəsində damarları möhkəmləndirir və güclü iltihab əleyhinə təsirə malikdir", - deyə ekspert bildirib.

Qovunağacı (papaya), karambola, feyxoa və Çin gavalısı (liçi) kimi ekzotik meyvələr KRVİ mövsümündə immun sistemini gücləndirmək üçün daha effektiv seçim ola bilər. Papaya C və A vitaminlərindən başqa həzmi yaxşılaşdıran və toxumaların bərpasına kömək edən papain fermenti tərkiblidir. Antioksidantlarla zəngin olan liçi antivirus təsiri göstərir və orqanizmin bərpasını sürətləndirir. Feyxoa yüksək yod tərkibi sayəsində immun reaksiyalarının tənzimlənməsində əsas rol oynayan qalxanabənzər vəzinin işini dəstəkləyir. Ulduz forması ilə tanınan karambola hüceyrələri oksidləşdirici stresdən qorumağa kömək edən və virusların daxil olmasına qarşı baryeri yaradan selikli qişaların sağlamlığını dəstəkləyən C və A vitaminləri tərkiblidir.

"Mürəbbə şəklində belə faydasını saxlayan moruq və qara qarağat kimi giləmeyvələr də vacib əlavədir. İstilik emalı zamanı C vitamininin bir hissəsi məhv olsa da, polifenollar və digər bioloji aktiv maddələr qorunub saxlanılır ki, bu da damarları möhkəmləndirməyə və iltihabı azaltmağa kömək edir", - deyə o yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Noyabr 2024 04:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see299

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see247

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see193

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see181

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see160

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see157

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see127

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri