Icma.az
close
up
RU
İmran Bhatti: Azərbaycanın enerji diplomatiyası və logistika təcrübəsi Pakistanın kommunikasiya infrastrukturunu yaxşılaşdıra bilər

İmran Bhatti: Azərbaycanın enerji diplomatiyası və logistika təcrübəsi Pakistanın kommunikasiya infrastrukturunu yaxşılaşdıra bilər

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 8 noyabr, Leyla Muradova, AZƏRTAC

Çin-Pakistan İqtisadi Dəhlizi və Orta Dəhlizin strateji yaxınlaşması Pakistan-Azərbaycan əməkdaşlığı üçün misli görünməmiş imkanlar yaradır. Pakistanın mineral məhsulları Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxa bilər. Azərbaycanın enerji diplomatiyası və logistika sahəsindəki təcrübəsi isə Pakistanın kommunikasiya infrastrukturunu yaxşılaşdıra bilər. Mərkəzi Asiya vasitəsilə Şimal-Cənub əlaqələri ilə tamamlanan bu Şərq-Qərb oxu hər iki ölkəni inkişaf etməkdə olan Avrasiya iqtisadi arxitekturasında mühüm qovşaqlara çevirir.

Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Avrasiya əlaqələri, resurs diplomatiyası və davamlı inkişaf üzrə ixtisaslaşmış geoiqtisadi məsələlər üzrə pakistanlı analitik və politoloq İmran Bhatti ifadə edib.

O qeyd edib ki, Cənubi, Mərkəzi Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən Pakistan resursla zəngin bölgələr və qlobal bazarlar arasında təbii quru körpüsü rolunu oynayır. Bu strateji mövqe kontinental ticarətin strukturunu dəyişdirən Avrasiya dəhlizlərinin inkişafı kontekstində yeni əhəmiyyət kəsb edir.

Ümumilikdə, 62 milyard dollarlıq Çin-Pakistan İqtisadi Dəhlizinin Şərq və Cənubu birləşdirərək Pakistanın infrastrukturunu əhəmiyyətli dərəcədə dəyişdirdiyini vurğulayan agentliyin həmsöhbəti qeyd edib ki, Orta Dəhliz Qərbə - Qafqaz vasitəsilə Avropaya çıxış təmin edir. Ekspert bildirib ki, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən bu dəhliz son dövrdə ölkələrin ticarət yollarını şaxələndirmək səyləri fonunda daha çox strateji əhəmiyyət kəsb edir. Azərbaycan isə bu dəhlizin “onurğa sütunu” rolunu oynayır.

“2017-ci ildən fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolu Xəzər regionunu Türkiyə və daha sonra Avropa bazarları ilə birləşdirir. Bakı Beynəlxalq Limanı mühüm yükdaşıma mərkəzi kimi xidmət edir, Cənub Qaz Dəhlizi isə Xəzərin karbohidrogen ehtiyatlarını Avropa istehlakçılarına çatdırır və bu, Azərbaycanın mürəkkəb transmilli infrastruktur layihələrini idarə etmək qabiliyyətini nümayiş etdirir”, - deyə İmran Bhatti sözlərini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri