Icma.az
close
up
RU
Pakistanın Baş naziri Azərbaycanın bu ölkədəki səfirini qəbul edib

Pakistanın Baş naziri Azərbaycanın bu ölkədəki səfirini qəbul edib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şehbaz Şərif Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovu qəbul edib.

Görüşdə Məhəmməd Şehbaz Şərif Pakistanla sarsılmaz həmrəylik və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, eləcə də qardaş Azərbaycan xalqına dərin minnətdarlığını bildirib. Baş nazir əlavə edib ki, qardaş ölkə tərəfindən nümayiş etdirilən mövqe iki xalq arasında möhkəm dostluğun və qardaşlığın təzahürüdür.

Regionda baş verənlər və əldə olunmuş atəşkəs razılaşması barədə danışan Baş nazir gələcək dövrlərdə də hər hansı təcavüz qarşısında öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə hazır olduqlarını bildirib.

Məhəmməd Şehbaz Şərif strateji xarakter daşıyan Pakistan-Azərbaycan münasibətlərinin inkişafından bəhs edərək ikitərəfli əməkdaşlığın yüksələn xəttlə inkişafından məmnunluğunu ifadə edib. O, Prezident Əliyevin ötən ilin iyulunda Pakistana tarixi səfərinin iqtisadiyyat, ticarət və investisiya sahələrində yeni əməkdaşlıq imkanlarının açılması üçün mühüm mərhələ olduğunu bildirib. Baş nazir fevralda Bakıya səfərini xatırladaraq Pakistanın qardaşlıq əlaqələrini qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa yüksəltmək istəyini bir daha təsdiqləyib.

Azərbaycan və Pakistanın dost və qardaş ölkələr kimi hər zaman birlikdə olduğunu bildirən Xəzər Fərhadov dövlət başçısı İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq əlaqələrinə böyük önəm verdiyini və son illər ərzində tərəflər arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

İslamabad 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri