Icma.az
close
up
RU
İmran Xanla bağlı yeni sensasiya: Bacıları öldü dedi, inanılmaz plan üzə çıxdı

İmran Xanla bağlı yeni sensasiya: Bacıları öldü dedi, inanılmaz plan üzə çıxdı

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Pakistanın sabiq baş naziri İmran Xanın müəmmalı şəkildə öldürüldüyü iddia olunur. Belə ki, Xanın bacıları – Norin Xan, Alima Xan və Uzma Xan 2023-cü ildən həbsdə olan qardaşları ilə görüş tələb etmək üçün Pakistan Təhrik-e-İnsaf (PTI) Partiyasının tərəfdarları ilə birlikdə etirazlarını bildiriblər. Lakin həbsxananın qarşısında toplanan partiya tərəfdarları polislərin hücumuna məruz qaldıqlarını deyiblər. İmran Xanla görüşə isə ümumiyyətlə icazə verilməyib.

Bəzi mənbələr onun 15 gündən çoxdur öldürüldüyünü və hətta meyitinin həbsxanadan çıxarıldığı iddia etsə də, “İslamabad Post” qəzeti Təhrik-e-İnsaf hərəkatının yaraqlılarının sabiq baş nazirin saxlanıldığı Adiala həbsxanasına girməyə cəhd etdiyini, İmran Xanın səhhəti ilə bağlı yayılan şayiələrin isə əsassız olduğunu yazıb. Eyni zamanda həbsxana rəhbərliyi də onun başqa yerə köçürülməsinə dair məlumatları təkzib edib.

İmran Xanın həbsdə öldürülməsi xəbərinin həqiqəti əks etdirmədiyi az-çox bəlli idi. Doğrudur, Pakistan tarixində nüfuzlu siyasi liderlərin müəmmalı şəkildə aradan götürülməsi halı ilk dəfə deyil. Məsələn, 2007-ci ildə keçmiş baş nazir Benazir Bhuttonun mitinq zamanı qətlə yetirilməsi ölkəni uzun müddət dərin siyasi böhrana sürükləmişdi. Nəticə etibarilə, İmran Xanın öldürülməsi də təccüblü olmazdı.

İmran Xan və onun həyat yoldaşı 2024-cü ilin yanvarında korrupsiya ittihamı ilə 14 il azadlıqdan məhrum edilib. Bununla yanaşı, o, dövlət sirrini yaydığına görə daha 10 il həbs cəzası alıb. Lakin Xan həbsdə olsa belə, ölkə siyasətinə təsir göstərə bilən fiqur olaraq qalır və geniş elektorata sahibdir.


Xanın bacıları və etirazçılar Adiala həbsxanansının qarşısında, 26.11.2025

İmran Xan siyasətə birdən-birə daxil olub hakimiyyətə gələn adam deyil. O, əvvəlcə ölkədə çox tanınan və hörmət edilən bir idman simvolu idi. Pakistanı dünya çempionluğuna çıxaran kriket kapitanı kimi xalq arasında böyük nüfuz qazanmışdı. Bu populyarlıq sonradan onun siyasi kapitalına çevrildi. O, Pakistan Təhrik-e-İnsaf Partiyasını quranda uzun illər boyu real siyasi gücə malik deyildi. Xüsusən ilk 10-15 beş il ərzində partiyası çox kiçik idi, özü isə korrupsiyaya qarşı çıxan, islahat tərəfdarı imici ilə daha çox idealist bir siyasətçi kimi görünürdü.

Zaman keçdikcə, ölkədə korrupsiya, iqtisadi çətinliklər, köhnə siyasi elitalara qarşı narazılıq artdıqca Xanın mesajları cəmiyyətdə daha geniş əks-səda tapmağa başladı. Bir tərəfdən onun “təmiz siyasət” və ədalət çağırışları, digər tərəfdən isə Pakistan ordusunun və təhlükəsizlik qurumlarının daxili siyasi balansda oynadığı rol Xanın yüksəlişinə dolayısı ilə şərait yaratdı. 2018-ci ildə isə o, artıq həm sıravi vətəndaşların, həm də hakimiyyət strukturlarının müəyyən hissələrinin dəstəyini arxasına almış, gücünün zirvəsinə çatmışdı. Elə xalq dəstəyi ilə institusional dəstəyin birləşməsi seçkilər zamanı ona hakimiyyət yolunu açdı.

Göründüyü kimi, belə bir şəxsin sıradan çıxarılması həm daxildə güc balansını dəyişə, həm də onun tərəfdarları ilə hakimiyyət arasında daha kəskin qarşıdurmaya səbəb ola bilər. Təcrübə göstərir ki, belə şəxslərin sərbəst qalması qədər ölümü də iqtidara sərf etmir. Ona görə İmran Xanın ölümü, yaxud bu və ya başqa formada sui-qəsdə məruz qalması inandırıcı deyildi.

Subyektiv görüşüm belədir ki, mövcud situasiya Xanın öldürülməsi və ya buna cəhd göstərilməsindən çox, onun həbsdən çıxarılması, hətta qanunsuz şəkildə qaçırılmasına hesablanıb. Belə bir şayiənin yayılması tərəfdarların onu həbsxanadan qaçırmaq üçün separatçı siyasi hərəkata başlamaq məqsədi güdmüş ola bilər. Başqa cür desək, plan öncə Xanın öldüyü iddiasını yayaraq qəzəbli kütlələri həbsxana önünə toplamaq, daha sonra isə onun sağ olduğunu bilib həyatının təhlükədə olması fikrini əsaslandıraraq həbsxanadan qaçırmaq idi.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri