Icma.az
close
up
RU
İmtahan nəticəsindən asılı olmayaraq övladımızın yanında olmalıyıq!

İmtahan nəticəsindən asılı olmayaraq övladımızın yanında olmalıyıq!

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanda 11-ci siniflərin buraxılış imtahanları başa çatıb və nəticələr artıq açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2 və 9 mart tarixlərində keçirilən imtahanlarda 116 mindən çox şagirdin iştirakı nəzərdə tutulurdu. Onlardan 43 nəfəri maksimum nəticə göstərib – 300 bal toplayıblar.

Artıq qəbul imtahanlarına hazırlıq gedir. Həm buraxılış imtahanında, həm qəbul imtahanında yüksək nəticə göstərən şagirdlərlə yanaşı az bal toplayanlar da var.

Modern.az-a açıqlamasında Azərbaycan Psixologiya Akademiyasının rəhbəri, həkim-psixiatr Ramil Hüseynzadə deyir ki, abituriyentlərin həyatında bu dövr çox əhəmiyyətlidir:

“Çünki bu dövr təkcə bilik yoxlaması deyil, həm də psixoloji davamlılıq imtahanıdır. Başqa sözlə, psixoloji sınaqdır. Bu sınaqda abituriyentlər daxildə özünüqiymətləndirmə, gələcək qorxusu və valideyn gözləntiləri ilə də mübarizə aparırlar. Valideynlərin və cəmiyyətin yanaşması da bu prosesə ciddi təsir edir. Belə ki, onların yanaşması bu yükü azalda da bilər, artıra da”.

Müsahibimiz qeyd edib ki, bu mərhələni uğurla keçmək üçün ilk öncə gənclər imtahanı doğru qiymətləndirməlidirlər:

“Bilməlidirlər ki, bütün həyat bu imtahandan ibarət deyil. İmtahan bir fürsətdir, amma taleyin yeganə qərarvericisi deyil. Onların əsas “imtahanı” imtahanın özü deyil, imtahana hazırlıq prosesidir. Bu prosesi sağlam formada məqsədyönlü şəkildə keçirməlidirlər. Sağlam rejim effektivliyi də artırır. Qısa fasilələr, yuxu və fiziki hərəkət öyrənməni artırır, tükənmənin qarşısını alır. Özünü başqaları ilə müqayisə etmək əvəzinə, fərdi inkişafı əsas götürmək daha sağlam yanaşmadır. Bu mərhələdə emosional çətinliklər yaşaya bilərlər, daxili gərginliklər keçirə bilərlər. Duyğuları ifadə etmək zəiflik deyil. Əgər çətinlik çəkirlərsə, bir psixoloqla və ya etibar etdikləri böyüklə danışmaq onlara fayda verə bilər”.

R.Hüseynzadə sonda qeyd edib ki, eyni zamanda valideynlərin də rolu əhəmiyyətlidir:

“Valideynlər övladlarına motivasiya da verə bilərlər, təzyiq də göstərə bilərlər. Ən pisi valideynin “dəstək” adı ilə “təzyiq” göstərməsidir. “Oxusan, həkim olarsan”, “bu sənin həyat şansındır”, “filankəsin uşağı artıq hazırdır” kimi ifadələr gəncdə dəyərsizlik, qorxu və etibarsızlıq yarada bilər. Ona görə də valideynin rolu nəticə tələb edən yox, yol yoldaşı olan bir mövqedə olmalıdır. Valideynlər övladlarının duyğularını dinləməli və qəbul etməlidir. Sakitcə dinləmək, mühakimə etmədən yanaşmaq onların rahatlamasına yardım edir. Yalnız uğura deyil, zəhmətə fokuslanmaq tövsiyə olunur. “Sənin əziyyətin bizim üçün dəyərlidir” cümləsi bir çox gəncə güc verir. Ən əhəmiyyətli məqamlardan biri də gözləntilərdir. Real gözləntilər formalaşdırmaq lazımdır. Hər uşaq fərqlidir və hər kəsin yolu eyni deyil. Və ən əsası, şərtsiz sevgi və qəbuldur. Gənc bilməlidir ki, nəticədən asılı olmayaraq ailəsi onun yanındadır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Aprel 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri