Icma.az
close
up
RU
İmtahan verən müəllimlərin təxminən 35 faizi narazıdır

İmtahan verən müəllimlərin təxminən 35 faizi narazıdır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Amma müasir təhsil sistemi öz ixtisasına, biliklərə sahib, müasir dövrün çağırışlarına cavab verən müəllimlər tələb edir

Müəllimlərin sertifikasiya imtahanlarından narazılıqlar yenə də var. Fənlər üzrə sertifikasiya imtahanına cəlb edilənlər sualların çətin və mürəkkəb, imtahan nəzarətçilərinin hədsiz dərəcədə aqressiv olduğunu, yaşlı-başlı müəllimlərin başının üstünü kəsdirərək hətta qımıldanmağa da imkan vermədiklərini, “kim tərpənsə zaldan çıxaracağıq” deyə amiranə tərzdə davranış sərgilədiklərini, imtahan zalında həyəcan və stresli mühit yaratdıqlarını bildirirlər. Suallarsa bir başqa aləmdir. Sualların uyğunsuzluğu sosial şəbəkələrdə də müzakirə olunur. Yazıçı Pərviz Cəbrayıl feysbuk səhifəsində belə bir paylaşım edib: “Tam səmimi deyirəm. Hətta İsrail-İran savaşı, Rusiya-Ukrayna savaşı müəllimlərin sertifikasiyasında salınan bu sual qədər ölümcül və dəhşətli deyil bizimçün! Bu, təhsilimizə, gələcəyimizə atılan atom bombasıdır! Ehtimal edildiyinə görə, fənn sertifikasiya imtahanındakı suallardan biri belə olub: "Oqtay Eloğlu" əsərindəki nöqtələrin sayı vergüllərin sayından neçə vahid az idi?". 

Sertifikasiya imtahanları ilə bağlı sosial şəbəkələrdə yazılan rəylər narazılıqların səbəbini göstərir: 

Pərviz Mehtiyev:  - Sizin imtahanınız da, sertifikasiyanız da “başınıza dəysin”. Azərbaycan təhsili Misir Mərdanov gedəndən ölüb, basdıranı yoxdur.

Esmira Əliyeva: Filoloqlara 18 iyun tarixində keçirilən sertifikasiya imtahanından çox narazıyam. Bu imtahan bilik ölçmək üçün deyildi. Haqsız yerə bizim nüfuzumuz aşağı düşdü, cəmiyyət və şagirdlərin arasında müəllim imicinə xələl gəldi, müəllimlərin qürurunu yerlə bir etdilər. İmtahan sualları bilik ölçmək üçün deyildi, mətnləri təhlil etmək üçün ən azı 3-4 dəqiqə vaxt lazım olduğu halda ortalama hər sual üçün ayrılmış 2 dəqiqə vaxt var idi. Suallara canlı yayımda baxılmasını, səhv sualların izah olunmasını tələb edirik!

Aytac İmanova: Deyirlər ki, hər kəs əməlinə görə o dünyada imtahan verir, bu yazıq müəllimlər bu dünyada bu qədər imtahan verirsə, o dünyada da yenə imtahan verəcək, görəsən? Bu qədər imtahan olar?! Burada təhsilin inkişafı deyil, müəllimin biliyini artırmaq deyil, işdən çıxartmaqdı, imtahan olsa da, haqlı, ədalətli olsun.

Hikmət Rüstəmov: 50 faiz yox, müəllim öz ixtisasını tam bilməlidir. Müəllim bilmədiyini şagirdə necə öyrədəcək? Repetitorların hesabına orta məktəblər nəticələri öz adlarına yazırlar. Repetitorlar olmasa, statistika 10 faiz də olmayacaq. Utanmırlar da.

Vüqar Muxtarov: 18 iyun dil ədəbiyyat sertifikasiya suallarının efirdə izahını tələb edirik. Səhv, cavabsız, vaxt aparan suallar. Mətnlərlə bilik ölçülmür. Dil qaydalarını bilməlidi müəllim, o da yoxdu, çünki özlərinin Azərbaycan dilindən xəbərləri yoxdu!

Rəfiqə Eldarova: Sertifikasiyada 50 faiz nəticə göstəribsə, MİQ-də 5 faiz göstərəcək...

Jalə Cavidan: 18 iyunda Azərbaycan dili və ədəbiyyat müəllimlərinə qarşı çox böyük haqsızlıq edildi. Suallar verilən vaxta uyğun deyildi.

Əsədov Nifdali: Mən imtahana girməmişəm, amma ətrafımda olan müəllimlər sualların vaxta uyğun olmadığını deyirlər. 

Mustafayeva Qəmər: Populyarlıq qazanan həmmüəllif. Bəh-bəh-bəh! Nə gözəl qərarlardı. Ondansa açıq deyin ki, keçid balı 50+. Və utanmadan hamını çıxarıb dincəlin. ...


Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a açıqlamasında qeyd etdi ki, sosial şəbəkədə paylaşılan sual onun qarşısına çıxmayıb: 

- Bu sualı görməmişəm. Sertifikasiyada iştirak edənlər arasında da kimsə belə bir sualla qarşılaşdığını deməyib. Belə bir sualın kiminsə tərəfindən imtahana salınması da məntiqsizdi. Bu, həqiqətə oxşamır. İmtahan suallarını hazırlayanlar arasında bu qədər düşüncəsiz birisinin olacağını təxmin etmirəm. Məncə, bu, sertifikasiya imtahanına kölgə salmaq, ajiotaj yaratmaq cəhdidir. 

Ekspert qeyd etdi ki, sertifikasiya imtahanlarından narazılıq müşahidə edilir. İştirakçıların təxminən 35 faizi narazıdır: 

- Amma müasir təhsil sistemi öz ixtisasına, biliklərə sahib, müasir dövrün çağırışlarına cavab verən müəllimlər tələb edir. İxtisas bilikləri yüksək olanların imtahanlarda nəticələri də yüksək olur, məhz onlar da nailiyyətlərini artırırlar. 

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin builki sertifikatlaşdırma prosesi ilə bağlı narazılıqlarına münasibət bildirib. Nazir jurnalistlərə açıqlamasında sertifikatlaşdırmadan sonra bütün apellyasiya müraciətlərinə baxılacağını qeyd edib: "Əgər təhlillər zamanı ciddi fərqlərin olduğunu görsək, müəyyən qərarlar verə bilərik. Xahişim odur ki, müəllimlər səbirli olsunlar. Bilsinlər ki, Elm və Təhsil Nazirliyi onların yanındadır. Biz ədalətsiz qərar vermirik”. Nazir əlavə edib ki, imtahanlarla bağlı hər zaman sual çətinliyi məsələsi gündəmə gəlir: “Amma sualların nə dərəcədə çətin olduğunu müəyyən etmək üçün ayrı-ayrı fikirlərə yox, bu çətinliyi ölçən rəsmi cədvəllərə baxmaq lazımdır. Cəmiyyətin başa düşməli olduğu əsas məqamlardan biri də budur ki, biz müxtəlif illərdə fərqli testlər təqdim edirik. Təbii olaraq, testlər eyni olmadığından çətinlik səviyyəsində müəyyən fərqlər ola bilər. Sual isə budur: bu çətinlik fərqi nəticələrə təsir edəcək qədər əhəmiyyətlidirmi, ya yox? Bu kimi suallar bizə də çatır, eşidirik, bilirik”. E.Əmrullayev bildirib ki, hazırda testlərin təkrar yoxlanılması prosesi aparılır: “Mənim yanaşmam belədir ki, bu, nazirlik üçün yüklü, amma müsbət və vacib bir prosesdir. Hər gün gecə saatlarınadək test sualları üzərində iş aparılır. Bu proses başa çatdıqdan sonra daxil olan bütün müraciətlərə mütləq şəkildə baxılacaq. Məqsəd kiminsə nəticəsini dəyişmək və ya əlavə bal yazmaq deyil. Məqsəd obyektiv təhlildir. Əgər aparılan təhlillər nəticəsində bəzi testlər arasında ciddi çətinlik fərqlərinin olduğu müəyyənləşərsə, o zaman müvafiq qərarlar verilə bilər”. Nazir əlavə edib ki, sualların çətinliyi yalnız statistik göstəricilər əsasında ölçülür: “Yəni bu prosesin nəticələri elmi və obyektiv olacaq. Bizim tərəfimizdən bununla bağlı təhlillər aparılır və mən müəllimlərdən bir qədər səbirli olmalarını xahiş edirəm”. E.Əmrullayev onu da qeyd edib ki, əməkhaqqına əlavələr və digər dəyişikliklər növbəti mərhələlərdə tətbiq olunur: “Ona görə də bu təhlil prosesi bir neçə həftə çəkə bilər. Paralel olaraq, bizim digər proseslərimiz və prioritetlərimiz də mövcuddur”. Sonda nazir bir daha vurğulayıb: “Hər bir savadlı, bacarıqlı müəllim daim Elm və Təhsil Nazirliyinin dəstəyini hiss edəcək və onların yanında olduğumuzu bir daha nümayiş etdirəcəyik”.

Məlahət Rzayeva   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyun 2025 05:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri