Icma.az
close
up
RU
İmtahanda yüksək nəticə əldə etmək istəyirsinizsə... Psixoloqdan abituriyentlərə MƏSLƏHƏT

İmtahanda yüksək nəticə əldə etmək istəyirsinizsə... Psixoloqdan abituriyentlərə MƏSLƏHƏT

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İmtahan stressi abituriyentlər üçün ən böyük problemlərdən biridir. Yüksək nəticə əldə etmək istəyən gənclər imtahana həm akademik, həm də psixoloji cəhətdən hazır olmalıdırlar".

Bu fikirləri Redaktor.az-a psixoloq Zeynəb Əyyubova imtahan öncəsi abituriyentlərin psixoloji vəziyyətindən danışarkən bildirdi.

Onun sözlərinə görə, abituriyentlər bir sıra məsləhətləri dinləməlidirlər.

"Bu baxımdan, abituriyentlərə psixoloq olaraq məsləhətlərim var. Abituriyentlər imtahan gününə qədər bəzi qaydalara əməl etməlidilər. Reallığa uyğun plan qurulmalıdır. Dərs yükünü son günlərə saxlamamaq və əvvəlcədən planlı şəkildə hazırlaşmaq vacibdir. Abituriyentlər öz güclərinə inanmalıdılar. Düşüncələr imtahan nəticələrinə təsir edir. “Mən bacarmayacağam” kimi neqativ fikirlərdən qaçmaq lazımdır. Düzgün qidalanma və yuxu rejiminə əməl olunmalıdır. Gecə saatlarına qədər dərs oxumaq yorğunluğa səbəb olur və imtahan zamanı diqqəti azalda bilər.

İmtahandan bir neçə gün əvvəl tamamilə dərsə fokuslanmaq əvəzinə, qısa istirahət fasilələri vermək beynin informasiya qəbulunu yaxşılaşdırır. Nəfəs məşqləri və meditasiya stressi azaltmağa kömək edir. Özünüzü sakitləşdirmək üçün dərin nəfəs alıb-verə bilərsiniz. Hər zaman imtahanın qorxulu bir şey olmadığını özünüzə xatırladın. Onu sadəcə bir bilik yoxlaması kimi qəbul edin".

Psixoloq qeyd etdi ki, imtahan günü səhər rahat və balanslı formada qidalanmaq lazımdır.

"Acqarına imtahana getmək diqqət dağınıqlığına səbəb ola bilər. Ağır yeməklərdən də uzaq durmaq lazımdır. İmtahana erkən gedin və panikaya düşməyin. İmtahan yerinə tez çatmaq və stress yaşamamaq üçün əvvəlcədən yol planınızı qurun. İmtahanda diqqətli olmaq vacibdir. Sualı tam oxuyub başa düşdükdən sonra cavab vermək daha doğrudur. Tələskənlik səhvlərə yol açır.

Unutmaq olmaz ki, imtahan həyatda uğurun yeganə göstəricisi deyil. Əsas olan davamlı öyrənmək və inkişaf etməkdir. Abituriyentlərə uğurlar arzulayıram!", - deyə Z.Əyyubova bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:294
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Mart 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri