Icma.az
close
up
RU
İmtahandakı yazıb pozan qələmlərlə bağlı Rəsmi açıqlama

İmtahandakı yazıb pozan qələmlərlə bağlı Rəsmi açıqlama

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Martın 9-da və 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında bəzi abituriyentlərin cavab kartlarını yazıb-pozan qələmlə doldurduqları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu cür qələmdən istifadə edənlərin nəticələrinin etibarsız sayılacağı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Oxu.az-a bildilib ki, bu, xüsusi və geniş yayılmış bir problem deyil: “Açığı, elə də ciddi məsələ deyil. Sadəcə olaraq, sən karandaşla və ya qələmlə verilən dairəni qaralayırsan. Skaner sistemi belə işləyir: əgər dairə düzgün şəkildə qaralanıbsa, cavabı oxuyur, onu düzgün və ya səhv kimi qeydə alır. Əgər dairə qaralanmayıbsa, sistem onu oxumur. Dairənin necə qaralanmalı olduğu da hər bir iştirakçının cavab kartında nümunə kimi göstərilir. Yəni abituriyentə dairəni necə doldurmalı olması əvvəlcədən izah edilir. Qaydalarda qeyd olunub ki, imtahan iştirakçısı cavab kartındakı dairəni sadə karandaşla və ya diyircəkli qələmlə (qara/göy) tam şəkildə qaralamalıdır. Məsələ bununla bitir”.

Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə bağlı rəsmi məlumata görə, nəticələrin imtahandan sonra təxminən yeddi həftə ərzində açıqlanması nəzərdə tutulur. Bu isə aprelin sonu və mayın əvvəlinə təsadüf edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Mart 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri