Icma.az
close
up
RU
İmzasız sənətkar Müəllim

İmzasız sənətkar Müəllim

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

“Həyatda ən gözəl möcüzə kiçik ikən yaxşı bir müəlliminin olmasıdır” deyib bir yazar. Bütün liderlər, sərkərdələr öz bacarığı və uğurları üçün həmişə müəlliminə minnətdar olub. “Müəllim yeganə sənətkardırdır ki əsərinin üzərində adı yazılmır” deyən Atatürk həm də cəmiyyətlərin sivilizasiya səviyyəsinin onların müəllimlərə verdiyi dəyərlə ölçüldüyünü deyirdi.

İstanbulu fəth edən Fateh Sultan Mehmet şəhərə girəndə ona uzadılan güllərin əsl sahibinin özü yox, müəllimi olduğunu deyir. “Mən İstanbulun fəthinə deyil, məni onu fəth edəcək qədər yaxşı yetişdirən müəllimim Ağşəmsəddinlə eyni zamanda yaşadığıma sevinirəm” deyib.

Xəstələri sağaltmağa çalışan həkimlər, dəmirə-metala həyat verən mühəndislər, hər addımında uğurlu olan iş adamları, ədalətli idarəçilər, müzəffər komandirlər, analar, atalar hamısı müəllimin əsəridir. “Mənə bir hərf öyrədənin 40 il qulu olaram” deyən Həzrəti Əli, “dünyada hər şeyə dəyər biçmək olar, amma müəllim əməyinə heç vaxt dəyər biçmək olmayacaq” deyən Sokrat, “müəllim əbədiyyətə hakim olan insandır. Onların təsir qüvvəsinin harda bitəcəyini heç vaxt bilmək olmaz” deyən Henri Adams, “yer üzündə əmin-amanlığı təmin edəcək sehrli çubuq anaların və müəllimlərin əlindədir” deyən Əflatun, “ən çox müəllimə diqqət yetirməliyik, dedikləri ilə dünya yaradırlar. Müəllim yaxşı olarsa, öz cəmiyyətini xilas edər” deyən İlber Ortaylı və daha nə qədər aydın da o əsərlərdəndir.

Həyat yalnız düz yoldan ibarət deyil, kələ-kötür, dolambac, enişi-yoxuşu olan yollar da çıxır önümüzə. Buzi çətin yol şəraitinə müəllim hazırlayır. Müəllimi yaxşı olan yolun maneələrinə və iqlim şəraitinə hazır və davamlı olacaq. Hamımız onlardan nümunə götürmüşük, hələ də götürürük. Bizə görə müəllim səhvsiz olur, büdrəmir, çaşmır, yanılmır. Müəllim cəmiyyətin ümumi əxlaq qaydalarına əməl edən, gözəl əxlaqı ilə nümunə göstərən olur. O həmişə səbrli, sevgi dolu və səxavətlidir.

Müəllim təvazökardır. O, səmimi ünsiyyət qura biləcəyiniz və məhsuldar söhbət edə biləcəyiniz birisidir. Onun söhbəti dəyərlidir, hər cümləsindən fayda götürəcəyik. O boş-boş danışmaz, hər şeyi deməz, yersiz dinməz. Düzgün və sərrast danışır, yerində dedyilmiş sözləri bıçaqdan itidir.

Müəllimin dərsi əslində sinfə girmədən əvvəl başlayır. Geyimi, salamlaşma tərzi, ünsiyyəti, gündəlik davranış və hərəkətləri ilə hər addımda dərs verir əslində. Övladlarımız da onları örnək götürmürmü sizcə? Çox olub evdə müəllimini yamsılayıb özündən kiçik bacı-qardaşına dərs öyrədənimiz. Müəllim də özünün müşahidə edildiyini, nümunə götürüldüyünü, təqlid edildiyinin fərqindədir. Beləliklə, o, seçimlərinə daha çox diqqət yetirir, nümunə olduqlarına daha yaxşı nümunə ola bilmək üçün. Müəllim şəxsiyyətinə, sənətinə xələl gətirəcək, nüfuzunu aşağı salacaq vəziyyətlərdən uzaqdır, o öz çəkisini, yerini və dəyərini anlayır.

Bizim idealımızdakı müəllim çirkin vərdişlərdən uzaq olub həmişə. Müəllimi yalan danışan, kobud danışan görməmişik biz. Təkəbbürdən, təmtəraqdan çəkinən görmüşük. Müəllim dəyərdir, yaxşlığın insan formasıdır, hörmətdir, əxlaqdır, təvazödür, doğruluqdur. Dünyada yaxşı 3 insan varsa, biri müəllimdir. Müəllim hamının güvəndiyi və hörmət etdiyi insan bilmişik tarixən. Ona olan bu güvəni, hörməti sui-istifadə etmədiyini görmüşük.

Amma... Bəzən edirlər. Sadaladığım bütün gözəl xüsusiyyətlər bizim cəmiyyətin ilahiləşdirdiyi, ideallaşdırdığı müəllim obrazıdır. Biz hamımız o cür müəllim görmək istəyirik, bəzimizin şansı gətirib, görüb, bəzimiz isə Müəllimlər Günündə, 8 Martda hədiyyə verə bilmədiyimiz üçün xor görülmüşük o müəllimlər tərəfindən. Üstünlüklərindən, hökmlərindən istifadə edən müəllimlərin var olduğunu siz də bilirsiniz, mən də. Necə deyiblər? “Ustadının kəm baxanın gözünə ağ damar”. Bəs şagirdinə xor baxan müəllimlər necə olacaq? Sinfin ön sırasını pul qarşılığında satan, hədiyyənin ağırlığı ilə öz müəllimlik şərəfini tərəziyə qoyan müəllimlərə nə edək? Olmadıqlarını dana bilmərik axı. Onlarla necə davranaq?

İnsan dünyaya gələndə əvvəlcə valideynlərini, sonra müəllimini tanıyır. Əvvəl bağçada, sonra məktəbdə. Valideynin kimsəyə əmanət etmədiyi övladını can rahatlığı ilə müəllimə əmanət etməsi ona olan etibarın, etimadın nümunəsi deyilmi? Biz Allahı tanımadan müəllimimizi tanımışıq, Allahı dərk etmədən müəllimlərimizi dərk etmişik. Şanslı idik, insan kimi, müəllim kimi gözəl insanlar işıq tutub yolumuza.

Müəllimlərimin mənim şəxsi keyfiyyətlərimə, bacarığıma, insanlığıma verdiyi töhfəni ömrümcə unutmaram. Hər birinin əllərindən öpür, mənə qatdıqları dəyərlər üçün, zəkama, şəxsiyyətimə, mənəviyyatıma yoğurduqları bütün yaxşı keyfiyyətlərim üçün ömrümcə minnətdaram. Bütün həyatım boyu və peşə fəaliyyətim dövründə yazdığım hər yazıya başlayanda müəllimlərimi və valideynlərimi düşünüb başlamışam. Şükürlər olsun ki, bu günədək altında imzam olan heç bir yazımdan utanmamışam.

Yolumuza işıq salan, ömrünü əridib bizə şam olan bütün müəllimlər, var olun!

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 İyun 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri