Icma.az
close
up
RU
“”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”

“”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

“Konkret.az” saytı bu gün 6 yaşını qeyd edir. 2019-cu il iyulun 2-də fəaliyyətə başlayan sayt qısa müddət keçməsinə baxmayaraq, Azərbaycan mediasında özünəməxsusluğu ilə seçilir, ölkəmizdə və dünyada baş verən xəbərlərin operativ şəkildə işıqlandırılmasına öz töhfəsini verir. Dərc edilən analitik materiallar, araşdırma yazılar, müsahibələr və digər mövzularda bir-birindən maraqlı informasiyalar geniş oxucu kütləsinə çatmağı bacarıb.

Pravda.az-ın əməkdaşı “Konkret.az”ın baş redaktoru Fadil Paşayev ilə həmsöhbət olub.

O, saytın fəaliyyət istiqamətləri, gələcək planlarından danışıb: ““Konkret.az” fəaliyyətə başladığı andan etibarən bir neçə əsas məqsədinə çatıb. Ən birincisi, çalışmışıq ki, operativ və müxtəlif janrda xəbər təqdimatında seçilək. Məncə, buna nail olmuşuq. Portalımız əldə etdiyi məlumatları operativ çatdıra bilib. Bizim bir üstünlüyümüz də analitik yazılarda, reportaj və araşdırmalarda özünü göstərir. Ən sevindirici hallardan biri budur ki, qısa zamanda sayt geniş oxucu kütləsi formalaşdırıb. Saytımız yarandığı gündən söz azadlığı və milli mətbuat ənənələrinin qorunmasına öz töhfələrini verib. Bu illər ərzində uğurlarımız olsa da, qaneedici deyil. Doğrudur, əlimizdən gələni etdik ki, media sahəsində dürüstlüyü, obyektiv informasiyanı çatdıra bilək. Amma çox çətindir. Çünki cəmiyyətin informasiya aclığı ildən-ilə o qədər artır ki, tələbatın qarşılanmasında bəzən geri qalırıq. Amma rəqabət bizi narahat etmir. Çünki bizim öz nəfəsimiz, ictimai rəyin formalaşmasında öz rolumuz var. Bunu danmaq olmaz, demək isə təvazökarlıqdan uzaq olur. Nə edək?! Əsas budur ki, media layihəmiz milli maraqları həmişə öndə tutub. Bəzən sensasion xəbərləri verməkdə tələsməmişik, bəzən də informasiyanı səbirsiz təqdim etmişik. Bu, bir yanaşmadır. Mühüm olan budur ki, əsasən peşəkar komandamız olub. Xüsusən də, prinsipial mövqeyimizi qoruyub-saxlaya bilmişik. Bizi maneələr, çətinliklər qorxutmayıb. Əksinə, daha da güclü edib. Bu gün məhz həmin detallara görə tam əminliklə deyə bilərəm ki, “Konkret.az” təkcə xəbər mənbəyi deyil, həm də güvənilən bir tribunadır. Bunu da xüsusi olaraq vurğulayım ki, 6 yaş artıq məktəb yaşıdır. Deməli, bizi qabaqda daha çətin dərslər və imtahanlar gözləyir. Bəli, çox da böyük olmayan kollektivlə yorulmadan çalışıb mediada bundan sonra da ciddi səy göstərəcəyik. Qarşımızda duran vəzifələrdən biri də daha geniş oxucu auditoriyası qazanmaqdır. Eləcə də bundan sonra da Medianın İnkişafı Agentliyinin müxtəlif layihələrində iştirak etmək, inkişaf perspektivlərini müəyyən etməkdir. 2025-ci ildən bu sahədə mühüm uğurlar əldə edilib. Saytda oxucuların qalması müddətini uzatmışıq. Azərbaycan üzrə SEO optimizasiyasına diqqət yetirmişik. Bütün bunlara rəğmən, son olaraq demək istəyirəm ki, bəli, “Konkret.az” əsas hədəflərinə uğurla nail olub. Operativ xəbər təqdimatı, analtik məzmun, söz və media azadlığını qoruma, müstəqil jurnalistika, geniş oxucu auditoriyası və SEO uğurları bunların təsdiqidir. Əlbəttə, həm portalın rəhbərliyi, həm də media təşkilatları bununla kifayətlənmir. Odur ki, gələcəkdə daha da inkişaf etməyi qarşımıza məqsəd qoymuşuq. Ölkədə media sahəsində vəziyyətdən danışsaq, əsas məqam bundan ibarətdir ki, dövlətin mediaya diqqəti var. Əlbəttə, problemlər də mövcuddur, amma media ilə bağlı müvafiq qurumlar ölkədə islahatları uğurla həyata keçirir. Fürsətdən istifadə edib, Medianın İnkişafı Agentliyinə, onun rəhbərliyinə bununla bağlı öz təşəkkürümü bildirmək istəyirəm”.

“Pravda.az” kollektivi olaraq həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 İyul 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

01 İyul 2025 21:57see208

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see169

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see167

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see153

“Daxili işlərimizə qarışmayın” Azərbaycan da nota verdi

01 İyul 2025 20:10see148

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see131

Voronejin ən böyük bazarının azərbaycanlı ortağı Yusif Xəlilov saxlanılıb

01 İyul 2025 21:47see128

Universiadada 62 ölkədən cüdoçular çıxış edəcək

01 İyul 2025 17:41see127

47 yaşılı ulduz bikinili fotoları ilə heyran etdi Foto

01 İyul 2025 13:29see124

Sentyabrda sürücülük vəsiqələri iki dəfə bahalaşacaq...

01 İyul 2025 22:26see124

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see121

Rusiya şovinizmi seçdi: “miqrant ovu” vəhşiliyinin səbəbi nədir?

01 İyul 2025 12:58see120

İndi belə çıxır ki,.. Lepsə yox, Lepsin puluna..?

02 İyul 2025 01:16see117

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see117

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see116

Xəbərdarlıq edildi: Hindistan problemlə üzləşəcək Rusiya S 400 lərinə görə

01 İyul 2025 14:11see115

Hüseyn Səfərovun meyitinin xarici müayinəsi zamanı çox sayda travma aşkarlanıb

01 İyul 2025 11:47see113

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see113

Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

02 İyul 2025 01:45see113

Kitab lazımsız düşüncələrin axınını dayandırmağa və daha tez yuxuya getməyə kömək edir Video

02 İyul 2025 00:12see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri