Icma.az
close
up
RU
İnam Kərimov Çində iclasda iştirak etdi Foto

İnam Kərimov Çində iclasda iştirak etdi Foto

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin 22-23 aprel tarixlərində Azərbaycanın Ali Məhkəməsinin sədri İnam Kərimov Çin Xalq Respublikasının Hançjou şəhərində səfərdə olub.

Ali Məhkəmədən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində İnam Kərimov öncə Çin Ali Xalq Məhkəməsinin sədri Zhang Jun ilə ikitərəfli görüş keçirib. Sədr Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları və yeniliklər barədə ətraflı məlumat verib. Görüşdə məhkəmə sistemində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və iki ölkə arasında məhkəmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Daha sonra İnam Kərimov Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ali məhkəmələri sədrlərinin 20-ci iclasına qatılıb. İclasda təşkilat çərçivəsində məhkəmə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri çıxış edərək, iclasın dost ölkələr arasında uzunmüddətli hüquqi əməkdaşlığın qurulması baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu platforma birgə müzakirələr aparmaq, irəliləyişə yönəlmiş təcrübələr paylaşmaq və innovativ gələcəyə doğru addım atmaq üçün böyük bir fürsət yaradır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sistemində mütərəqqi islahatlar aparılır. Bu istiqamətdə ötən müddətdə görülən işlər nəticəsində qanunvericiliyə çoxsaylı dəyişikliklər edilib və bu dəyişikliklər Azərbaycanda məhkəmə sisteminin inkişafına mühüm töhfə verib.

İnam Kərimov eyni zamanda “Süni intellektin hüquqi tətbiqləri” mövzusunda çıxış edib. Bildirilib ki, süni intellekt hüquq sistemləri üçün geniş imkanlar təqdim edir. İş yükünü azaldır, ədalət mühakiməsinə əlçatanlığı artırır. Həmçinin vurğulanıb ki, süni intellekt hakimin rolunu əvəz etməməli, dəstəkləyici bir vasitə kimi xidmət etməlidir, hüquqi qərarlar həmişə təcrübəli hakimlərin səlahiyyətində qalmalıdır.

Konkret məsələlər müzakirə edildikdən sonra qanunun aliliyinin birgə təşviqi, insan hüquqlarının və azadlıqlarının qorunması məqsədilə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi məqsədi ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərinin Ali Məhkəmə sədrlərinin Birgə Bəyanatı imzalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:424
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Aprel 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri