Icma.az
close
up
RU
İnam Kərimov Türkiyəyə rəsmi səfərə gedib

İnam Kərimov Türkiyəyə rəsmi səfərə gedib

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ali Məhkəmə  və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti "2025-2026 Yeni Ədliyyə İli Açılış Tədbiri"ndə iştirak etmək üçün Türkiyə Respublikasında səfərdə olub. 

Öncə nümayəndə heyəti Ankarada Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edərək abidəsi önünə əklil qoyub və Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

Rəsmi mərasimdə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Ali Məhkəmənin sədri Ömər Kərkəz, Baş prokuror Muhsin Şəntürk, Ədliyyə naziri Yılmaz Tunç, həmçinin çoxsaylı hakim və prokurorlar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən vitse-prezident Cevdet Yılmaz məhkəmə və prokurorluq orqanlarının ədalət mühakiməsinin təmin edilməsində xüsusi rolunu vurğulayaraq, yeni ədliyyə ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, eyni zamanda Ali Məhkəmənin sədri İnam Kərimov və Baş prokuror Kamran Əliyevi salamlayaraq, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu və qarşılıqlı əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdırıb.

Sonra Cevdet Yılmaz heyət rəhbərlərini qəbul edərək, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, xüsusilə məhkəmə-hüquq sahəsində əldə olunan nailiyyətlərin davamlı xarakter daşıdığını, dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə siyasi iradəsi ilə münasibətlərin ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

Səfər zamanı İnam Kərimov bir sıra ikitərəfli görüşlər də keçirib, Azərbaycan və Türkiyə məhkəmə sistemləri arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan addımlar barədə müzakirələr aparıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://sitat.info
archiveBu xəbər 02 Sentyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri