Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

İnam verilişi Anım Günü ilə əlaqədar iki saatlıq canlı efirdə olacaq

İnam verilişi Anım Günü ilə əlaqədar iki saatlıq canlı efirdə olacaq

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın efir məkanında və mənəvi mühitində özünəməxsus yeri olan "İnam" verilişi Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylinin rəhbərliyi ilə sabah 27 sentyabr Anım Günü ilə əlaqədar  iki saatlıq canlı efirdə olacaq. "Space" televiziyasının dəstəyi ilə saat 17:00-da ialhiyyatçıların iştirakı ilə baş tutacaq verilişdə Ümummilli lider Heydər Əliyevin, müqəddəs Vətən şəhidlərinin əziz ruhları üçün Quran xətmi həyata keçiriləcək.

Xətm edilən Quranı Qarabağ qazisi, Quran hafizi, Müşfiqabad kəndinin imam müavini Sadiq Məmmədov oxuyacaq. Xətm edilən Quranın isə sonuncu duasını Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli həyata keçirəcək.

Qeyd edək ki, “ İnam” verilişi bu Anım Günü münasibətilə saat 12:00-da Space Radio - 104 FM-də canlı olaraq yayımlanım.
Bu müqəddəs şəhidlərin ruhuna ehtiram, ailələrinin qəlbinə ən böyük təsəllidir. Şəhidlər üçün edilən dualar, onların ruhlarının rahatlığı və nur içində olmaları üçün dərin mənəvi əhəmiyyət daşıyır.

"Space" televiziyası 27 sentyabr Anım Günündə "İnam" verilişinə efir imkanı yaratmaqla Azərbaycanın dövlət-din siyasətinə dəstəyini vermiş olur. Space TV uzun illərdir öz efir siyasətində cəmiyyətin mənəvi dəyərlərinin qorunmasına, dini və milli irsin təbliğinə, tolerantlıq və multikulturalizm ideyalarının təşviqinə diqqət ayıran televiziya kanallarından biri kimi çıxış edir. Kanalın rəhbərliyinin bu məsələlərə həssas yanaşması, dövlətin din siyasətinin mahiyyətinin cəmiyyətə düzgün çatdırılması baxımından əhəmiyyətli rol oynayır.

Dövlət-din münasibətləri yalnız hüquqi və institusional məsələlərdən ibarət deyil. Bu münasibətlərin cəmiyyət tərəfindən düzgün anlaşılması, dini dəyərlərin sağlam şəkildə təbliği və radikal yanaşmaların qarşısının alınması istiqamətində maarifləndirmə də xüsusi əhəmiyyət daşıyır. Televiziya məhz geniş auditoriyaya çıxış imkanına görə bu prosesdə təsirli vasitələrdən biridir.

Space TV-nin efirində dini-mənəvi mövzulara, müqəddəs günlərə və milli-mənəvi dəyərlərə yer verilməsi tamaşaçılarda mənəvi irsə bağlılığın gücləndirilməsinə xidmət edir. Xüsusilə dini bayramlar və əlamətdar günlərlə bağlı hazırlanan verilişlər cəmiyyətin müxtəlif təbəqələrinə ünvanlanan maarifləndirici məzmun formalaşdırır.

Azərbaycanın dövlət-din modelinin əsas xüsusiyyətlərindən biri dünyəvilik prinsiplərinə sadiqliklə yanaşı, insanların dini etiqad azadlığının təmin olunmasıdır. Bu balansın qorunması cəmiyyətdə qarşılıqlı hörmət və həmrəyliyin möhkəmlənməsinə şərait yaradır. Media qurumlarının bu yanaşmanı düzgün və obyektiv şəkildə təqdim etməsi isə ictimai maarifləndirmə baxımından olduqca vacibdir.
Bu mənada Space TV və kanal rəhbərliyinin dövlət-din münasibətlərinin inkişafına, dini-mənəvi dəyərlərin təbliğinə və tolerantlıq ənənələrinin yaşadılmasına göstərdiyi diqqət təqdirəlayiqdir. Belə yanaşma həm dövlət siyasətinin ictimaiyyətə çatdırılmasına, həm də milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verir.

Seyid Camal Əzimbəyli bildirib ki, Vətənin azadlığı, bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlər xalqımızın milli qüruru, əyilməz iradəsinin, azadlıq əzminin rəmzidir. Onlar öz qanları ilə tarix yazmış, torpağa can verərək millətə can olmuş igidlərdir. Şəhidlərimizi yad etmək, onların ruhlarını əziz tutmaq, yalnız bir vətəndaşlıq borcu deyil - həm də mənəvi, vicdani və insani bir məsuliyyətdir. Şəhidlərin ruhuna edilən dualar sadəcə dini bir ibadət deyil, eyni zamanda onların əziz xatirəsinin yaşadılması və gələcək nəsillərə örnək göstərilməsi baxımından da mühüm yer tutur.  “İnam” verilişinin əsas məqsədlərindən biri  Azərbaycanda şəhidlik və qazilik müəssisəsinin cəmiyyətə, topluma aşılanmasına və gənclərimizin vətənpərvərlik ruhuna köklənməsinə xidmət edir. Valideynlərin əksəriyyəti övladlarının "İnam" verilişinə baxdıqdan sonra şəhidliyə, vətənə cani-könüldən daha da bağlı olduqlarını söyləyirlər”.

“İnam” Azərbaycan televiziyasında dini veriliş sahəsində önəmli bir nümunədir.  Bu veriliş Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini hər zaman uca tutur. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ruhuna ehtiramla yanaşır, onların göstərdiyi igidliyi, fədakarlığı və vətənə olan sədaqətini cəmiyyətə çatdırır. Veriliş boyu edilən dualar, oxunan ayələr və səsləndirilən fikirlər xalqımızın şəhidlərə olan sevgisini və minnətdarlığını ifadə edir. Şəhidlərin ruhuna edilən dualar vasitəsilə onların müqəddəs xatirəsi yad edilir, ailələrinə mənəvi dəstək göstərilir. Bu veriliş, sadəcə dini bir proqram olmaqdan kənar, həm də vətənpərvərliyin, mənəviyyatın və milli yaddaşın canlı ifadəsi kimi çıxış edir. "İnam" şəhidlərə edilən dualarla onların ruhuna nur bəxş edir, xalqın şəhidlərinə olan sədaqətini nümayiş etdirir.

Xatırladaq ki, “İnam”ın hər bir verilişində olduğu kimi Ramazan verilişində də şəhidlərin ruhuna dualar oxunur. Hər il yüzlərlə vətəndaş Ramazan ayında oxunan Quranların xətmini “İnam” verilişinə həvalə edir. Bu Azərbaycanın dini mühitində bir ilk sayılır və  insanların verilişə olan inam və etimadıdır. İnsanlar oxuduqları Quran kəlamlarının məhz “İnam”ın işığında xətm olunmasını istəyirlər. 

Sevinc Qarayeva
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Sentyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see297

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see288

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see274

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see271

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see271

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see265

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see263

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see263

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see256

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see238

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see237

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see234

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see229

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see228

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see227

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see227

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see223

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see222

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri