Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Anım Günü ilə əlaqədar “Memarlıqda yaşayan KONKRET

Anım Günü ilə əlaqədar “Memarlıqda yaşayan KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şəhidlərin əziz xatirəsinə həsr olunan “Memarlıqda yaşayan xatirə” adlı tədbir keçirilib. 

KONKRET.az xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Komitə sədri Anar Quliyev 27 Sentyabr – Anım Gününün xalqımızın milli yaddaşında xüsusi yer tutduğunu, şəhidlərimizin qəhrəmanlığının və fədakarlığının daim dərin ehtiramla yad ediləcəyini bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bu gün azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və həyatın yenidən canlanması şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsidir. Komitə sədri həmçinin “Tarixi yaddaş yalnız kitablarda və arxivlərdə yaşamır. Tarixi yaddaş həm də şəhərlərdə yaşayır”, – deyə vurğulayıb.

Daha sonra Komitə sədrinin müavini İlqar İsbatov tarixi yaddaşın qorunmasında şəhərsalma və memarlığın rolundan danışıb. O bildirib ki, xatirə kompleksləri baş planlarda şəhər mühitinin ayrılmaz hissəsi kimi nəzərdən keçirilir. Bu məkanların yerləşməsi və ictimai məkanlarla əlaqələndirilməsi şəhidlərin və Zəfərin xatirəsinin şəhərlərin gündəlik həyatında yaşadılmasına xidmət edir.

“Chapman Taylor” şirkətinin İdarə Heyətinin üzvü Marselina Zielinska isə şirkətin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə hazırladığı Xankəndi Zəfər Abidəsinin və Gəncə Memorial Kompleksinin memarlıq konsepsiyalarını təqdim edib. O qeyd edib ki, Xankəndidəki abidə və onu əhatə edən ictimai məkan şəhər mühitində vahid xatirə məkanı yaradır. Gəncə Memorial Kompleksi isə raket zərbələri nəticəsində dağıdılmış yaşayış binalarının yerində inşa olunub. Kompleksin spiralvari forması raketin yerdə buraxdığı izi simvolizə edir, dağıdılmış binaların qalıqları isə onun açıq məkanında qorunub saxlanılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Daşınar mədəni irsin qorunması və arxeoloji tədqiqatlara nəzarət sektorunun müdiri Seyran Quliyev İşğal və Zəfər muzeylərinin ekspozisiyalarında tarixi hadisələrə dair maddi şahidlik nümunələrinin rolundan danışıb. O, işğal dövründə dağıntıya və vandalizmə məruz qalmış mədəni irs abidələrinə xüsusi diqqət çəkib. Həmçinin “Art Cloud Network International” beynəlxalq layihələndirmə şirkətinin təsisçisi Fabrisio Kontinin videomüraciəti nümayiş etdirilib. O, İşğal və Zəfər muzeylərinin layihələndirilməsi zamanı memarlığın, ekspozisiyanın və ziyarətçi marşrutunun vahid məzmun ətrafında qurulmasından bəhs edib. Onun sözlərinə görə, bu yanaşma işğal dövründə yaşanan faciəni, Zəfərin tarixi əhəmiyyətini və azad edilmiş ərazilərin dirçəliş prosesini ziyarətçilərə ardıcıl və təsirli şəkildə təqdim etməyə imkan verir.

Sonda Anım Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Sentyabr 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see643

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see342

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see325

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see236

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see233

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see232

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see231

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see224

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see220

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see216

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see216

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see215

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see214

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see212

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see210

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see210

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see209

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see208

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri