Icma.az
close
up
RU
Ombudsmandan Anım Günü ilə əlaqədar BƏYANAT

Ombudsmandan Anım Günü ilə əlaqədar BƏYANAT

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar bəyanat yayıb.

Redaktor.az bəyanatı təqdim edir:

“2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən altı il ötür. Həmin gün Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, münaqişənin doğurduğu ağır humanitar nəticələrin aradan qaldırılması, insan itkilərinə səbəb olmuş müharibə cinayətlərini törətmiş şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılması və uzun illər ərzində pozulmuş hüquqların bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.

Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün, habelə uzun illər doğma torpaqlarından didərgin düşmüş insanların pozulmuş fundamental hüquqlarının bərpası istiqamətində yeni mərhələ başlanmışdır.

Müharibə dövründə mülki əhalinin həyat və sağlamlığına zərər dəyməsi, yaşayış məntəqələrinin və sosial infrastrukturun dağıdılması ciddi humanitar nəticələr doğurmuşdur. Bu hadisələr bir daha göstərir ki, silahlı münaqişələrin ən ağır yükünü məhz dinc əhali daşıyır və mülki əhalinin beynəlxalq humanitar hüquqa uyğun müdafiəsi, habelə yaşamaq hüququnun təmin edilməsi daim diqqətdə saxlanılmalıdır.

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin, xüsusilə də Gəncə, Bərdə, Naftalan, Tərtər və digər şəhər və rayonların ağır artilleriya və beynəlxalq hüquqla qadağan edilmiş uzaq mənzilli raket sistemlərindən atəşə tutulması mülki şəxslər arasında insan tələfatı və xəsarətlərlə nəticələnmiş, yaşayış evlərinə, sosial, təhsil, səhiyyə, dini və digər mülki obyektlərə ciddi ziyan dəymişdir. Azərbaycan Ombudsmanının həmin dövrdə həyata keçirdiyi faktaraşdırıcı missiyalar nəticəsində hazırlanmış hesabatlarda bu faktlar sənədləşdirilmişdir.

Mülki əhali və obyektlərin hədəfə alınması ilə bağlı beynəlxalq hüququn tələblərinin pozulmasına dair faktların obyektiv və hərtərəfli araşdırılması, təqsirli şəxslərin müəyyən edilərək milli qanunvericilik və beynəlxalq hüquq normalarına uyğun məsuliyyətə cəlb olunması mühüm əhəmiyyət daşıyır. Bu kimi halları törədənlərin cəzasız qalmasının qarşısının alınması insan hüquqlarının müdafiəsi və gələcəkdə analoji halların təkrarlanmaması baxımından vacibdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq hesab edirəm ki, müharibə və münaqişə nəticəsində pozulmuş insan hüquqlarının bərpası, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərin təmizlənməsi, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması postmünaqişə dövrünün əsas humanitar prioritetlərindəndir.

Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, insanların öz doğma yurdlarına qayıdışı və onların bütün fundamental hüquqlarının etibarlı təmin edilməsi sülhün və dayanıqlı inkişafın möhkəmləndirilməsinə mühüm töhfə verir.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh gündəliyinin irəliləməsi və sülh sazişinin yekunlaşdırılması istiqamətində əldə olunan mühüm nəticələr bütövlükdə regionun gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu proses dayanıqlı və uzunmüddətli sülhün, sabitliyin, təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar yaradır.

Bu baxımdan, əldə olunmuş sülh imkanlarının qorunması və davamlı sülhə çevrilməsi beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin, dövlətlərin, milli insan hüquqları təsisatlarının və vətəndaş cəmiyyətinin üzərinə mühüm məsuliyyət qoyur.

27 sentyabr tarixi təkcə uzun illər ərzində respublikamıza və xalqımıza qarşı aparılan təcavüz, işğal və təxribat siyasətinə son qoyan genişmiqyaslı əks-hücum əməliyyatlarının başlandığı gün deyil, həmçinin dövlətimizin, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qələbə qazanan ordumuzun, ən çətin günlərdə belə əsl vətənpərvərlik nümunəsi olan xalqımızın qüdrətini göstərən gün kimi yaddaşlara yazıldı.

Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış soydaşlarımızın əziz xatirəsini ehtiramla yad edərək, onların ailələrinə səbir diləyir, müharibə iştirakçılarına və müharibədən zərər çəkmiş bütün insanlara sağlam və firavan gələcək arzu edirəm.

İnanıram ki, şəhidlərimizin xatirəsinə ən böyük ehtiram gələcək nəsillərin müharibə və zorakılıqdan uzaq, sülh, təhlükəsizlik və rifah şəraitində yaşamasına nail olmaqdır. Ağır və şərəfli xatirələrlə tariximizə yazılan Anım Günündən sonra bizə qalan mənəvi irs və yaddaşın ölkəmizə və xalqımıza əmin-amanlıq, regionumuza möhkəm və davamlı sülh, müharibəsiz və təhlükəsiz həyat, mütərəqqi inkişaf gətirməsini arzulayıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Sentyabr 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri