İnanıram ki, Qarabağ Bakıda həm gözəl oyun sərgiləyəcək, həm də...
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" dünən "Tvente" ilə qarşılaşıb. Ağdam təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gəlib.
Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevlə əlaqə saxlayıb "köhlənlər"in dünənki oyunu, eləcə də "Tvente" ilə cavab matçı barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ" oyunun son saniyələrinə kimi çox gözəl mübarizə apardı. Lazım olan qələbəni qazandılar. Hələ komandaya adaptasiya olmamış və zədəli futbolçuların olmasına baxmayaraq, bu cür vəziyyətdə qalib gəlmək böyük uğurdur. Ancaq cavab oyunu var və hələ heç nə həll olunmayıb. Bizi qarşıda maraqlı görüş gözləyir. İnanıram ki, "Qarabağ" Bakıda həm gözəl oyun sərgiləyəcək, həm də rəqibini üstələyərək KL-in əsas mərhələsinə adlayacaq. Heç kimi fərqləndirmək istəmirəm. Dünən komanda şəklində yaxşı mübarizə apardılar. Çatışmazlıqlar var və bu, görünür. Başda Qurban Qurbanov olmaqla, məşqçilər korpusu da bunu bilir. Fikrimcə, zədəlilər geri dönəndən, yeni oyunçular uyğunlaşandan sonra istədiyimiz "Qarabağ"ı görəcəyik.
Qeyd edək ki, tərəflər arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 21 Avqust 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















