İnanıram ki, yaxşı nəticə əldə edəcəyik Qurban Qurbanov
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ” “Dinamo Kiyev”lə UEFA Konfrans Liqasının cavab qarşılaşmasından əvvəl oyunöncəsi mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablayıb.
"İlk növbədə “Sabah”ı təbrik edirəm. Yaxşı oyun oynadılar və qələbə qazandılar. Çox böyük nailiyyətdir.
Özümüzə gəldikdə, səmərəli şəkildə vaxtdan istifadə edib çalışmalırmızı davam etdirdik. İnanıram ki, yaxşı nəticə əldə edəcəyik".
- İlk matçda oyuna yaxşı başladınız, ancaq sonradan fərdi səhvlər oldu. Bunun səbəbi rotasiyalar ola bilər?
- Bəli, ola bilər, ancaq çox rotasiya olmadı. Hər bir halda, səhvləri aradan qaldırmalıyıq. Əsas da texniki xətalara yol verməməliyik. Yeni oyunçular var, hələki hamı bir-birin yaxşı tanımır.
- Komanda üç oyundur qol vura bilmir. Bu psixoloji basqı yaradırmı?
- Yaratmır desəm, düzgün olmaz. Yaradır və bunu görürəm. Futbolçular nə qədər keyfiyyətli oynasalar, o qədər yaxşı olar. Qol epizodları yaradırıq, faydalana bilmirik. Rəqiblər də yaxşı müdafiə olunur. Bir az daha çox çalışmalıyıq.
- Kaşukun vuran ayağı yoxdur. Onunla bağlı başqa bir planınız var?
- Razı deyiləm, ən üstün cəhəti vuran ayağının olmasıdır. Məşqlərdə də ən yaxşı oyunçulardan biridir. Mövqe olaraq bəlkə uyğun deyil, ancaq ümumi götürsək, fiziki cəhətdən o mövqedə oynaya biləcək ən yaxşı oyunçudur. Sabahkı oyunda güclü pressinq etməliyik.
- Hər dəfə oyundan bir-iki gün əvvəl transfer xəbəri olur. İndi də Zubir haqda xəbərlər çıxıb. Bu barədə nə deyə bilərsiniz?
- O haqda çox şey deyə bilmərəm.
- “Qarabağ” standart vəziyyətlərdən qol vuta bilmir. Bu problemi aradan qaldırmaq üçün çalışırsınızmı?
- Bunun üzərində işləyirik. Analizlər edirik və oyunlularımızla məşq edirik. Problem varsa, onu aradan qaldıracayıq.
- Cebrail Makreçkis qırmızı vərəqə alanda sakit yanaşdınız. Bu nədən irəli gəlirdi? Miçel və Medina qırmızı vərəqə görəndə çox əsəbləşmişdiniz. İllər sizi səbrli edib?
- Yox, illər məni səbrli etmiyib, əksinə, daha çox səbrdən çıxarıb (gülür). Futbolçu üçün ən gözlənilməz hal qırmızı vərəqələrdir. Miçel mənim ən sevdiyim oyunçulardan biridir. Lakin bəzən belə hadisələr olur, önəmli oyunları itirirsən. Buna təəssüflənməmək olmur.
Qeyd edəki ki, görüş sabah Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 Avqust 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















