Icma.az
close
up
RU
İncəsənət məktəblərində ödənişsiz təhsil alacaq tələbələrin sayı açıqlandı

İncəsənət məktəblərində ödənişsiz təhsil alacaq tələbələrin sayı açıqlandı

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İncəsənət məktəblərinə qəbul olunan şagirdlərin 7 mini dövlət sifarişi əsasında təhsil alacaq.

Bu barədə "Unikal"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən 2025-2026-cı tədris ili üzrə incəsənət məktəblərinə şagird qəbulu aparılıb. Qəbul prosesində minlərlə namizəd iştirak edib ki, bu da incəsənət təhsilinə böyük marağın göstəricisidir.

Şagird qəbulu yerləri hər bir məktəbin müəllim potensialı, tədris infrastrukturu nəzərə alınmaqla müəyyənləşdirilib. Müraciətlərin dövlət sifarişli yerlərini dəfələrlə üstələdiyi hallarda seçim yalnız ən yüksək nəticə göstərmiş iştirakçılar arasında aparılıb:”Bu səbəbdən yüksək bal toplasa da, bütün namizədlərin dövlət sifarişli yerlərə qəbul olunmaması obyektiv zərurətdən irəli gəlir. Xüsusilə fortepiano ixtisasına 9 min 213 müraciətin olması iddiaçıların rəqabət miqyasını aydın şəkildə nümayiş etdirir”.

Məlumatda vurğulanıb ki, şagirdlərin ixtisas seçimi zamanı bal göstəriciləri ilə yanaşı, yaş həddi və təhsil sistemi üzrə müəyyən edilmiş digər kriteriyalar da tətbiq olunub. Qəbul qaydaları əvvəlcədən açıqlanıb və bütün iştirakçılar üçün eyni şəkildə tətbiq edilib. Ən yüksək bal toplayan namizədlər tələb olunan kriteriyalara düzgün cavab veriblərsə, qəbul olunublar.

Bununla yanaşı, namizədlərə əlavə imkanlar yaradılıb. Belə ki, texniki səbəblər və ya yaş kriteriyası səbəbindən dövlət sifarişli plan yerinə düşməyən yüksək nəticəli iştirakçılara, həmçinin 80 və yuxarı bal toplayan, lakin dövlət sifarişli yerə qəbul olunmayan namizədlərə ödənişli əsaslarla təhsil almaq imkanı təqdim edilib. Eləcə də incəsənətə maraq göstərən uşaqlar məktəblərin nəzdində fəaliyyət göstərən kurs və dərnəklərdən yararlana bilərlər. Bu imkan həm də həvəskar şəkildə incəsənətlə məşğul olan uşaqların yaradıcılıq bacarıqlarının dəstəklənməsinə xidmət edir. “İncəsənət təhsilinin keyfiyyətinin artırılması, istedadlı uşaqların daha erkən yaşda üzə çıxarılması və onların inkişafı istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdiriləcək”, - deyə məlumatda qeyd olunur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Sentyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see251

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see201

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see196

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see190

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see179

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see164

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see163

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see139

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see137

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri