Icma.az
close
up
RU
İndi də siçanlar ölümcül bakteriyalar yaymağa başlayır

İndi də siçanlar ölümcül bakteriyalar yaymağa başlayır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Boston şəhərində 6 illik araşdırma nəticəsində məlum olub ki, şəhərdəki siçovullar leptospiroz adlı ölümcül bakteriyanın yayılmasına səbəb olur. Alimlər həmçinin genetik analizlər yolu ilə bir insanda aşkar edilən xəstəliyin siçanlarla birbaşa əlaqəli olduğunu təsdiqləyiblər.

Bizimyol.info "trthaber"ə istinasən xəbər verir ki, Tufts Universitetinin rəhbərlik etdiyi və Şimali Arizona Universiteti, ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA) və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ilə əməkdaşlıqda aparılan araşdırmada 2016-2022-ci illər arasında Bostonda 17 fərqli yerdə 328 siçandan alınan böyrək nümunələri təhlil edilib.

Test edilən siçanların 18 faizində Leptospira bakteriyası aşkar edilib.

Tədqiqatçılar 2018-ci ildə Bostonda bir xəstədə görülən leptospiroz hadisəsinin eyni ərazidən olan siçan nümunələri ilə demək olar ki, birə bir genetik oxşarlığa malik olduğunu tapdılar. Bu tapıntı şəhər siçovullarının xəstəliyin mənbəyi olduğunu qəti şəkildə göstərib.

Leptospiroz torpaqdan, gölməçələrdən və ya dayanıqlı sudan, adətən siçan sidiyi ilə çirklənmə yolu ilə yayılır. İnsanlar, ev heyvanları və digər canlılar bu ərazilərlə təmasda olduqda yoluxa bilər. Xəstəlik tropik bölgələrdə geniş yayılsa da, qlobal istiləşmə ilə daha sərin iqlimlərdə özünü göstərməyə başlayıb.

Tufts Universitetindən Dr. Marieke Rosenbaum araşdırmasınada siçanların böyrəklərindən bakteriya istehsal etməyi bacardıqlarını və bunun ədəbiyyatda ilk dəfə qeydə alındığını bildirib. Tədqiqat qrupu xüsusi DNT tutma üsullarından istifadə edərək Leptospira bakteriyasının bütün genetik ardıcıllığını təhlil edib.

Şimali Arizona Universitetinin professoru Dave Vaqner inkişaf etdirilən genetik texnikanın leptospiroz tədqiqatlarında yeni bir dövrün qapısını açdığını söyləyib. Vaqner: "İndi biz bakteriyaların şəhər daxilində siçovullar arasında necə yayıldığını ətraflı şəkildə izləyə bilərik", - deyib.

Dr. Rosenbaum deyib ki, insanların siçovullarla təması nadir olsa da, bəzi qruplar, xüsusilə evsizlər və ya açıq havada narkotik istifadə edən insanlar daha yüksək risk altındadır.

O, həmçinin xəstəliyin əlamətlərinin yüngül qızdırma və ya ümumi narahatlıq kimi simptomlarla məhdudlaşdığı üçün diaqnoz və hesabatın qeyri-kafi olduğunu vurğulayıb. Bəzi hallarda antibiotik müalicəsi xəstəliyin rəsmi qeydə alınmasının qarşısını alaraq, test etmədən xəstəliyi aradan qaldıra bilər.

Tədqiqat, Bostondakı siçan populyasiyalarının bir-birindən genetik olaraq fərqli olduğunu, hər bölgənin illər ərzində öz bakteriya ştamını daşıdığını müəyyən edib. Məlum olub ki, siçanlar 600 metrə qədər hərəkət edərək yaşıllıqlardan və bioloji dəhlizlərdən istifadə edə bilir, lakin çoxzolaqlı yollar bu keçidlərə mane olur.

Rosenbaum qeyd edib ki, şəhərlərdə siçovulların tamamilə məhv edilməsi mümkün deyil: "Biz siçanlarla mübarizə tədbirlərinin həm heyvan populyasiyasına, həm də xəstəliyin ötürülməsinə təsirini daha yaxşı başa düşməliyik", - deyə qeyd edib.

Araşdırmanın nəticələri elmi araşdırmaları ilə tanınan "PLOS Neglected Tropical Diseases" jurnalında dərc olunub. Mütəxəssislər, tapıntıların şəhərlərdə həm siçovullarla mübarizə siyasətinin, həm də ictimai sağlamlıq tədbirlərinin yenidən formalaşdırılmasında mühüm rol oynayacağını söyləyirlər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 May 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri