Icma.az
close
up
RU
“İndi əsas məsələ Rusiyadır” Tramp Uitkofa tapşırıqlar verdi

“İndi əsas məsələ Rusiyadır” Tramp Uitkofa tapşırıqlar verdi

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də İsrail parlamenti Knessetdə çıxışı zamanı öz xüsusi nümayəndəsi Stiv Uitkoffa yeni tapşırıq verib. Tramp bildirib ki, Qəzzada atəşkəs razılaşmalarının bağlanmasında mühüm rol oynamış Uitkoff bundan sonra Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına diqqət yönəltməlidir.

Tramp çıxışı zamanı nümayəndəsinə birbaşa müraciət edərək deyib: “Biz bu məsələni həll etməliyik. Əgər etiraz etmirsənsə, Stiv, gəlin indi Rusiyaya fokuslanaq”.

Tramp Uitkoffun Yaxın Şərqdə sülh prosesindəki rolunu yüksək qiymətləndirərək onun Qəzzada atəşkəs və girovların azad olunması prosesinə verdiyi töhfəni xüsusi vurğulayıb.

Rəsmi olaraq Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi olan Stiv Uitkoff son aylarda Ukraynada sülh axtarışları ilə bağlı yüksək səviyyəli danışıqlarda da iştirak edib. O, fevral və mart aylarında ABŞ nümayəndə heyətinin tərkibində Rusiya və Ukrayna rəsmiləri ilə görüşlərdə iştirak edib, daha sonra isə Rusiya prezidenti Vladimir Putinlə bir neçə dəfə görüşüb.

Uitkoffun sonuncu Moskva səfərindən sonra Tramp və Putin Alyaskada danışıqlar aparıblar, lakin həmin görüş müharibənin dayandırılması istiqamətində ciddi nəticə verməyib.

Tramp çıxışı zamanı Uitkoffun Rusiya ilə ilk təmaslarını zarafatla xatırladıb. Onun sözlərinə görə, Uitkoff “Rusiya, Putin və ümumiyyətlə siyasət haqqında heç nə bilmirdi”, lakin prezidentin şəxsi təşəbbüsü ilə Putin tərəfindən qəbul edilib. Tramp bildirib ki, görüşün 15–20 dəqiqə çəkəcəyini düşündüyü halda, danışıqlar beş saata qədər uzanıb.

“Mən bir neçə dəfə Uitkoffa zəng etdim, hər dəfə dedilər ki, görüş hələ davam edir. Beş saat sonra soruşuram: ‘Axı siz orada beş saat nə danışırsınız?’” – deyə Tramp zarafatla söyləyib.

ABŞ və Avropa KİV-lərinin məlumatına görə, Uitkoffun bəzi açıqlamaları, xüsusilə Ukraynanın güzəştlərə getməsi barədə söylədikləri, həm Vaşinqtonda, həm də Kiyevdə narazılıqla qarşılanıb.

Bununla belə, o, Qəzzada atəşkəsin əldə edilməsində və girovların azad edilməsində iştirak etdikdən sonra İsraildə böyük simpatiya qazanıb. Yerli mətbuat Uitkoffu “sülh gətirən biznesmen” kimi təqdim edir.

Analitiklər qeyd edirlər ki, Trampın son çıxışı ABŞ diplomatiyasında prioritetlərin dəyişməsinin əlaməti ola bilər. Yaxın Şərqdə nisbi sabitlikdən sonra Ağ Ev Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına daha aktiv şəkildə müdaxilə etməyə çalışır.

Uitkoffun bu prosesdə əsas fiqurlardan birinə çevrilməsi isə Tramp administrasiyasının “biznes əsaslı sülh diplomatiyası” modelinə üstünlük verdiyini göstərir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Oktyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri