Icma.az
close
up
RU
525ci qəzet Hər şey yaxşı olacaq... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525ci qəzet Hər şey yaxşı olacaq... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Kərim Kərimli, jurnalist:

- Deməli, adam nə qədər eybəcər düşünməlidir ki, ərlə arvadın ayrılması məsələsini, doğma və gözəl dilimizin, misal üçün, "Qeyd edək ki, Filankəslə Bəhmanə iki ay əvvəl boşanıblar" kimi sadə və gözəl cümləsi ilə söyləmək əvəzinə, Allah bilir, hansı dildə olan "Qeyd edək ki, Filankəslə Bəhmanə iki ay əvvəl evliliklərini sonlandırıb" kimi eybəcər söz yığını ilə ifadə eləsin!..

Fərid Pərdəşünas, texnobloger:

- "TikTok"un bağlanmasını tələb etmək absurddur. Problem sosial şəbəkələrdə və yayımçılarda deyil, cəmiyyətdədir. İnsanlar həmin yayımçıları sevir, dəstək olurlar və onlara pul xərcləyirlər. "TikTok" canlı yayımlarında müxtəlif insanlar - fahişələr, homoseksuallar, əqli və fiziki qüsurlu şəxslər, saxta fenomenlər, işsizlər, ustalar, iş adamları və başqaları yayım edir. İnsanlar isə özlərinə yaxın olanı, maraqlandıqlarını seçir və alqoritm həmin məzmunu ön plana çıxarır.

Hazırda saxlanılan heç bir yayımçını günahlandırmıram. Onlar cəmiyyətin ehtiyac duyduğu məzmunu təqdim ediblər. Fərdləri həbs etməklə və ya fəaliyyətlərini dayandırmaqla heç nəyi dəyişə bilmərik. Son saxlanılmaların səbəbi isə böyük ehtimalla onların qeyri-etik fəaliyyətləri ilə deyil, son dövrlərdə yayımlanan videolarda baş verən xuliqanlıq hadisələri ilə bağlıdır.

Cəmiyyəti inkişaf etdirmək istəyiriksə, yaxşı alternativlər yaratmalı, təhsilə və tərəqqiyə investisiya etməliyik. Əgər "TikTok"u bağlasan, cəmiyyət "Azar"dan çıxacaq. Onu bağlasan, "OnlyFans"dan çıxacaq. Oradan qovsan, "Shorts" və "Reels" kimi platformalara üz tutacaq.

Hazırda ən böyük və ciddi problem "TikTok" istifadəçiləri arasında yaşını yuxarı göstərən çoxsaylı azyaşlıların olmasıdır. Övladlarımız bu videolar və mənfi nümunələrlə böyüyürlər və doğruları bu məzmundan öyrənməyə çalışırlar. Belə vəziyyətdə həm dövlətin, həm də hüquq-mühafizə orqanlarının işi çətinləşir. Senzura olmadan məzmunu necə məhdudlaşdırmaq olar? Təbii ki, mümkün deyil. Belə bir model yoxdur.

Nəticə isə aydındır: müasir gələcəyimizi və ailə tərbiyəsini artıq sosial şəbəkələr formalaşdırır. Əgər övladının tərbiyəsini sosial şəbəkələrə əmanət edirsənsə, o zaman hər şeyin pis getməsinə hazır olmalısan.

Asif Nərimanlı, jurnalist:

- Prezident İlham Əliyev təyyarə qəzasına görə Rusiyaya səfərini yarımçıq dayandırdı. Baş verənlər sərnişin təyyarəsinin ən az qəzaya uğradığı ölkələrdən olan Azərbaycan üçün dəhşətli hadisədir.

Müstəqillik dövründə iki ən böyük təyyarə qəzası baş verib:

- 1995-ci ilin 5 dekabrında Naxçıvan-Bakı reysi ilə hərəkət edən təyyarənin qəzaya düşməsi nəticəsində 52 nəfər (4 ekipaj üzvü-48 sərnişin) həlak olub;

- 2005-ci ilin 23 dekabrında Bakı-Aktau reysi ilə hərəkət edən təyyarənin qəzaya düşməsi nəticəsində 23 nəfər (4 ekipaj üzvü-19 sərnişin) həlak olub;

AZAL-ın Bakı-Qrozni reysi ilə hərəkət edən təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya düşməsi müstəqillik tarixində üçüncü ən böyük hadisədir.

Hər üç hadisənin dekabr ayında baş verməsi diqqətçəkən məqamdır. Lakin konspriologiya ehtimalı çox azdır, yayılan məlumatlar da bunu deməyə əsas verir. Belə qəzalardan heç bir ölkə sığortalanmayıb.

Elxan Şahinoğlu, politoloq:

- Nə qədər ki, Rusiya-Ukrayna müharibəsi davam edir, Rusiyanın hava məkanı mülki təyyarələrin uçuşları üçün təhlükəsiz deyil. Müharibə başladıqdan dərhal sonra Ukrayna hava məkanını mülki təyyarələrin uçuşu üçün qapadıb, Kiyevdəki "Borispol" hava limanı çalışmır. Doğru qərardır. Çünki havada raketlər və dronlar uçuşur, mülki təyyarələrə dəyə bilər. Üstəgəl, hələ müharibə başlamadan əvvəl Donbassdakı separatçılar Niderlanda məxsus təyyarəyə zərbə endirmiş, nəticədə yüzlərlə mülki insan həlak olmuşdu. Müharibə daha sonra Rusiya ərazisinə keçdi. Ancaq Rusiya Ukraynadan fərqli olaraq hava məkanını qapatmadı. Halbuki Rusiya şəhərlərinə də raket və dron zərbələri endirilir. AZAL təyyarələri Moskva və Sankt-Peterburqla yanaşı, Rusiyanın digər şəhərlərinə də gündəlik uçuşlar həyata keçirirlər. Misal üçün Bakıdan Kazana təyyarələr uçur, halbuki Ukrayna Tatarıstan paytaxtına da raket və dron zərbələri endirir. Ukrayna Çeçenistana da zərbələr endirir. Elə Xəzərin hava sahəsi də təhlükəsiz deyil. Burada Rusiya hərbi donanması ara-sıra Ukraynaya raketlər atır, Ukrayna isə Rusiyanın Xəzərdəki hərbi mövqelərini hədəf alır. Fikrimcə, təhlükəli hallarda Rusiya şəhərlərinə uçuşların təxirə salınmasına ehtiyac yarana bilər.

Mir Səməd, bloger:

- Ey Elon Mask, çox öyünmə. Bizdə, Azərbaycanda elektromobillər çox-çox əvvəl yaranıb.

Hələ 1973-cü ildə.

Avtomobil "Novator" konstruktor texnoloji mərkəzində hazırlanmışdı, bir şarcla 220 kilometr gedə bilir, saatda 60 km sürət yığırdı.

Kim bilir bəlkə də, daha çox inkişaf etdirilsəydi, indi bizim öz milli elektromobil brendimiz olardı.

Aydın Quliyev, jurnalist:

- Britaniyanın ədliyyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi...

Britaniyada Əsma Əsədin Moskvadan bu ölkəyə köçmək planlarına qarşı böyük etirazlar başlayıb. Hətta ədliyyə naziri "bu adama Britaniyada sığınacaq vermək Əsədlər rejiminin Suriyada məhv etdiyi yüz minlərlə günahsız insanın ruhuna təhqirdir" deyə bəyanat verib...

Qərb informasiya mənbələri son günlərdə Bəşər Əsədin arvadının xərçəngə tutulduğu barədə xəbərlərin yanlış olduğunu və bu yalanın məqsədli şəkildə uydurulduğunu iddia edirlər. İddiaya görə, Əsma vətəni İngiltərəyə guya müalicə məqsədilə getmək istədiyi görüntüsünü yaratmaq və İngiltərə hökumətinə insani aspektdə təsir etmək üçün əri Əsədlə birlikdə bu yalanı uydurublar...

Emin Səfərov, jurnalist:

- Keçən il Bakıdan İstanbula uçan təyyarədə qəza çıxışının yanında oturduğumu bələdçinin mənə yaxınlaşıb ünvanlandığı sualdan sonra anlamışdım:

- Siz qəza zamanı bizə kömək etməyə razısınızmı?

Qəza ehtimalını ağlımdan keçirmədiyim, ümumiyyətlə, heç bu barədə düşünmədiyim anda açığı, belə bir ciddi sualı da gözləmirdim.

Qəza çıxışlarında oturan sərnişin üçün təlimat belədir:

- Qəza enişi zamanı heyət üzvlərinə kömək etməyə hazır olmaq.

- Heyətin bir üzvü çıxışa çata bilmədikdə və təxliyə qaçılmaz olduqda qapını özün açmaq.

- Digər sərnişinlərə, o cümlədən uşaqlara, hərəkəti məhdud şəxslərə hava gəmisindən təxliyə zamanı yardım etmək.

Təbii ki, bütün bunlar məcburi deyil. Əgər sərnişin razı olmasa, bələdçidən yerini dəyişməsini xahiş edə bilər. Heç bunun səbəbini izah etməyə də lüzum yoxdur.

Təlimatda belə yazılıb...

Nihat Pir, jurnalist:

- Hökümənin səsidir. Belə yazmışdı. Stüardessa sərnişinləri sakitləşdirir. Qorxmayın. Yaxşı olacaq. Əsirdi səsi. Biri tanıdı onu. Rəfiqəmdir. Səsi necə əsir, ay Allah. Bəlkə, dünən görüşüblərmiş. Bəlkə, sabah görüşəcəklərmiş. Həmişə hava limanı işindən danışar. Çətinliyindən. Amma əyləncəli tərəfi də az deyil. Tutaq ki, maaşı da yaxşı imiş. Ay qız, əladır. Ya da əksi. Vallah, dəyməz. Çıxacam. Amma indi. İndi təkcə Hökümənin səsi. Tanıdım. Vəssalam. Bir də əsir səsi. Qorxur. Hadisə bir dəfə olur. Təyyarə söhbətdə ən təhlükəsizidir. Statistikadır bu. Sən nə eləsən də, bu, statistikadır. Ehtimallarını özünə saxla. Allah haqqı, heç kəsə lazım deyil. Otur çayını iç. Bax televizora. Xəbərlərə. Ağzına gələni yazma. Vurublar. Planlıdır. Niyə suya düşməyib? Pilot səhlənkardır. Divanda oturub e. Nəfəslik də bağlı. Ev hamam. Kombi 65 dərəcə. Tər gedir kürəkdən. Deyir, pilot səhlənkarlıq edib. Qeyri-professional. Gərək burnu üstə düşməzdi. Sonra gedib çay süzür özünə. Ayağında da çəkələk. Yunlu çəkələk. Birdən soyuq çəkər. Amma deyir, pilotlar gərək belə eləməzdi. Raket. Dəqiq. Üç günə qayıdıb yazacam. Onda görəcəksən. Niyə qayıdırsan ki üç günə? Qayıtma. Lazım deyil sənin özünütəsdiqin. Görmək istəmirəm. Otur çayını iç.

Nigar Sabirqızı, jurnalist:

- Atamın bir ifadəsi var idi. Deyirdi ki, hər anın öz hökmü var. Səhər sıradan iş gününə başlamışdıq. Xəbərləri oxuya-oxuya düşünürdüm ki, Milad bayramıdır deyə dünyada xəbər yoxdur. O an düşünməmişdim ki, 1 saat sonra biz özümüz dünyaya xəbər olacağıq. Sıradan başlayıb hər kəsin ürəyinə od salan gün. Allah ölənlərə rəhmət eləsin! Yaşanan və ya yaşadılan bu faciə son olsun.

Səadət Məmmədova, jurnalist:

- Hər şey yaxşı olacaq...

Son ana qədər bu sözlərlə sərnişinləri təmkinli olmağa çalışan, onlara təlimat verən təyyarə bələdçisi Hökümə Əliyeva...

"Ekipajın 2 üzvü həlak olub" xəbərindən sonra ürəyimdə dua edib möcüzəyə inanıram ki, bəlkə Hökümə sağ qalanlar arasındadır... Bəlkə...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Dekabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elgün öldürülüb, yoxsa intihar edib? Ekstrasens

18 May 2025 13:59see397

Tut yığmaq üçün ağaca çıxan kişi yıxılaraq öldü

18 May 2025 21:32see165

IX sinif buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

19 May 2025 11:32see155

Makron növbəti dəfə qeyri adi vəziyyətə düşdü Video

18 May 2025 01:29see146

Neftçi Səbail ə, Qarabağ Kəpəz ə qarşı

18 May 2025 08:01see131

Misir aeroportunda bədbəxt hadisə: Reklam lövhəsi sərnişinlərin üzərinə aşdı

18 May 2025 17:49see129

Türkiyə və İran XİN rəhbərləri nüvə danışıqlarını müzakirə etdilər

18 May 2025 01:34see128

ABŞ da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

18 May 2025 03:08see126

Messi tarixin ən yaxşı oyunçusu seçildi

18 May 2025 17:38see119

Mərkəzi Avropa ölkələrində uşaqlar arasında zəhərlənmə halları artır

18 May 2025 01:04see119

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

18 May 2025 02:35see119

Ciorcia Meloni Aİ nin ekologiya siyasətini tənqid edib

18 May 2025 04:00see117

Xudafərin körpüsündə qazıntı aparan şəxsin meyiti tapıldı

18 May 2025 17:52see117

Azərbaycanlı futbolçu Almaniyada mövsümü 14 qolla başa vurub

19 May 2025 02:58see116

İtaliyada çempion son turda müəyyənləşəcək

19 May 2025 01:07see115

Kannda qanlı hadisə: Palma ağacı festivalın qonağını xəstəxanalıq etdi

18 May 2025 07:21see115

Sudanda silahlıların hücumu nəticəsində 18 dən çox insan qətlə yetirilib

18 May 2025 18:38see114

Meyvə alarkən bunlara diqqət et Sağlamlıq üçün vacib məqamlar

18 May 2025 22:37see113

Yağışlar Zaqatalada 100 dən çox sakinə ziyan vurdu

19 May 2025 00:01see113

İdarə rəisi sərxoş vəziyyətdə saxlanılıb Qalmaqal

19 May 2025 00:20see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri