Icma.az
close
up
RU
Siyasət deyilən şey budurmu? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Siyasət deyilən şey budurmu? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Yeganə Hacıyeva, politoloq:

- İran paytaxtını Tehran şəhərindən ölkənin cənub-şərqində Oman körfəzində, Ərəb dənizi və Hind okeanına açıq və birbaşa çıxışı olan Məkran şəhərinə köçürür. İlkin hesablamalara görə, bu təşəbbüs hökumətə ən azı 25 milyard dollara başa gələcək.

Sanksiyaların iqtisadi çətin şərtlər yaratdığı İranda hökumətin belə bahalı təşəbbüsünün ciddi əsasları olmalıdır. Kuluarlarda rəsmi əsas kimi Tehran şəhərinin həddindən artıq yüklənməsi və təhlükəsizlik məsələləri göstərilir. Tehran İranın paytaxtı və ümumilikdə 88,5 milyon əhalisi olan ölkənin ən sıx məskunlaşmış şəhərdir. 2022-ci ilin son rəsmi siyahıyaalmasına əsasən, Tehranın əhalisi 14,1 milyon nəfərdən çoxdur. 2011-ci ildə siyahıyaalma zamanı Tehranda cəmi 8 milyon 154 min 51 nəfər əhali qeydə alınmışdı. Son 11 ildə İran paytaxtının əhalisi 72,92 faiz artıb. Ölkənin cənub-şərqində yerləşən Məkran isə qlobal kommunikasiyalar xəttinin üstündədir. Şəhər Hindistan və Rusiya arasında mühüm ticarət dəhlizində strateji mövqedə yerləşir.

Əslində bu təşəbbüsu İranın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə ticarəti gücləndirməyə çalışan Rusiya və Hindistanla münasibətlərinə təsir kimi nəzərdə tutmasını əsas götürmək olar. Amma həlledici səbəb olan başqa faktorlar var.

Xaqani Səfəroğlu, jurnalist:

- "Əlvida, Şmidt!" filminə baxdım. 2019-cu ildə çəkilib. Təəssüfləndim ki, filmi gec görmüşəm. Əla filmdir.

Tragikomediya janrında çəkilən bu filmdə mesajlar aydın, satira superdir.  Filmin quruluşçu rejissoru Əli-Səttar Quliyevə, ssenari müəllifi Rüstəm Babazadəyə, quruluşçu operator Nadir Mehdiyevə, zəhməti olan hər kəsə təşəkkür edirəm.

Filmin maraqlı sujeti var. Anası Göygöl almanı olan Emil Almaniyaya köçmək istəyir. Amma səfirlik ona viza vermir. Üstəlik, ürəyi xəstədir, əməliyyat olunmalıdır. Riskli əməliyyat gözlənilir. Emil Göygölə - öz yurduna qayıtmağı qərar verir. Taksi şoferi "montirovka Rasim"lə üz tutur Göygölə.... Yolda "Nasional Geografic" jurnalının əməkdaşı olan gürcü qız da onlara qoşulmalı olur...

Filmdə hər şey var: Vətən, onun uğrunda şəhid olanın xatirəsi, sazda çalınan "Ruhani", müxtəlif insanlar... və yolboyu gülməli əhvalatlar.... İncə yumor, əla zövq və super atmacalar filmi nəfəs çəkmədən izləməyə vadar edir.

İstedadlı aktyor Rasim Cəfər taksi şoferini super oynayıb. Onun Emil Şmidtə "sizi Göygölə Hitler köçürüb?" sualına gülməmək olmur. Belə frazalar filmdə çoxdur.

Almaniya səfirliyində gözətçi işləyən kişinin Emil rədd cavabı aldıqdan sonra əlini silkələyib "ala, bunlara Stalin lazımdır!" deməsi və sonra itaətkar şəkildə səfirin maşının qapısını açması super tapıntıdır.

Emil Şmidt rolunu oynayan Azər Aydəmir obrazın tərəddüdlərini, havasını, mesajını çox yaxşı ifadə edib...

Rasim Balayevi polis rəisi rolunda görmək xoş oldu.

Film gözlənilməz sonluqla bitir....

Filmə baxın, əladır!

Azərbaycanda kino çəkməyi bacaran istedadlı adamlar var. Meydanda onlar olmalıdır. Ucuz, mənasız gülüş təbliğ edən filmlərin qarşısına belə filmlərlə çıxmaq lazımdır.

Fərid Pərdəşünas, texnobloger: 

- Dövlət qurumlarının saytına edilən kiber hücumlarla bağlı bildirmək istəyirəm ki, edilən hücumlar DDoS növündəndir. Bu hücumun əsas məqsədi hədəfə alınan sayta çox sayda IP (botnet şəbəkədən) yönəltməklə, saytı yükləmək və əlçatanlığını dayandırmaqdır.

Yəni bu hücumlar nəticəsində serverlərə giriş, məlumatların oğurlanması və çıxarılması baş vermir. Son 2 gündə olan hücumlar da məhz dediyim DDoS növündəndir. Bəzi media qurumları xəbəri doğru tirajlamırlar və elə anlaşılır ki, dövlət əhəmiyyətli məlumatlar sızdırılıb.

Murad Köhnəqala, şair:

- Bir vaxtlar çayxanalarda bir yerdə oturub dərdləşdiyimiz sənət adamlarının çoxu yaşı 50-ni keçən kimi Xalq artisti adını aldılar. Ancaq şair, yazıçılarımız yenə keçənilki paltosunda qaldı.

Deyirəm, Allah göstərməsin, bircəciyinə Xalq yazıçısı, Xalq şairi adı verilsə, elə öz qələm dostları adını vətən xaini çıxararlar.

Repressiya dövrü-zadı olsaydı, hamısı biri-birini baqaja qoyardı. Müasir texnologiya ilə bunu daha rahat eləyərdilər yəqin, biri-birinin səsini yazdırıb videosunu çəkə-çəkə...

Elçin Alıoğlu, jurnalist:

- Qazaxıstanın Almatı şəhərində baş verən kuryoz hadisə barədə "Rostov azərbaycanlıları" səhifəsi məlumat yayıb.

Lənkəranlı Pərviz Aydın oğlu Dədəcanov küçədə gedərkən iki nəfərin yanında iki övladı olan qadına qarşı zorakılıq etdiyini, onu qarət etməyə çalışdığını görüb. Qadının köməyinə çatan P.Dədəcanov sözügedən şəxslərlə dava edib.

P.Dədəcanov qadını və uşaqlarını xilas edib, hadisə yerinə isə polis və təcili yardım briqadası gəlib. Məlum olub ki, hücum edən iki nəfər erməni əsillidir. Onlar üzlərinin əzilməsi və çənələrinin qırılması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

P.Dədəcanovu isə polis saxlayıb. Hadisə araşdırıldıqdan və lənkəranlı gəncin qadını və uşaqları xilas etdiyi üzə çıxandan sonra o, azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə 10 gün öncə baş verib.

Akif Aşırlı, jurnalist:

- "İran xalqının 60 faizi türk dilində danışır". Bunu İran parlamentinin Təbrizdən seçilmiş millət vəkili və parlamentin Təhsil Komissiyasının sədri Əlirza Monadi deyib.

İran panfars Parlamenti məktəblərdə farscadan başqa dillərin və ədəbiyyatın da öyrədilməsi təklifini rədd edib.

Əlirza Monadi buna qarşı çıxıb. O deyib: "İran xalqının 60 faizi türk dilində danışır. Bunu gözardı etmək olmaz. Bu dil ərəb və fransız dillərindən sonra dünyada ən çox danışılan dil sayılır. Türk dili olduqca qədimdir. Bunun üçün uşaqlara ana dili və ədəbiyyatını öyrətməliyik".

Əlirza Monadi bildirib ki, bəzi millət vəkilləri sözügedən qanun layihəsinə qarşı çıxıblar. Onun sözlərinə görə, Novruz bayramından sonra bu məsələ yenidən müzakirəyə çıxarılacaq və bu dəfə müsbət səs əldə olunacaq.

Müsəllim Həsənov, jurnalist:

- BİLİRDİNİZMİ

...ki, D.Trampla V.Zelenski arasında yaranmış qalmaqaldan dərhal sonra respublikaçı senator Lindsi Qrem bəyan edib ki, V.Zelenski Ağ evdə "özünü pis aparıb" və "istefa verməlidir..."?

Lindsi Qrem kimdir?

O, müharibə başlayandan Ukraynanın mövqeyini müdafiə edib, azı bir on dəfə Kiyevdə səfərdə olub. Ukraynaya yardım olunmasını daim dəstəkləyib.

Hətta 2023-cü ildə Zelenski onu Yaroslav Mudrı ordeni ilə təltif edib...

V.Zelenski D.Trampla görüşdən əvvəl Vaşinqtonda məhz L.Qremlə şam yeməyi yeyib.

Ağ evdə məlum qalmaqaldan sonra isə... senator Qrem D.Trampla birlikdə nahar edib.

Və... ardınca mətbuata bəyan edib ki, Zelenski ya istefa verməli, ya da üzr istəməlidir...

Görəsən, siyasət deyilən şey budurmu???

Eh, senatorlar, senatorlar!!!

Kəramət Böyükçöl, yazıçı:

- Zelenskiyə hərənin bir cür münasibəti var. Onsuz da dünyada baş verən hadisələr bizim münasibətə görə müəyyənləşmir, amma bizim münasibət həm də öz xarakterimizi ortaya qoyur. Yəni biz dövlət başçısı deyilik, qlobal bir güc deyilik ki, burda yazdıqlarımız bir məsuliyyət daşısın. Dünyada bir hadisə baş verib, biz də fikir bildiririk. Nədir bu hadisə? Rusiya Ukraynanı işğal etmək istəyir, Zelenski də bu işğala qarşı döyüşür. Biz isə fikir bildiririk. İşğalçının qarşısında hər an boyun əyməyə hazır, təki başım salamat olsun düşüncəsində olan adamlar deyir ki, Zelenski Rusiyayla döyüşməməli idi. Yəni Rusiya işğalını qəbul etməli idi. Xaraktercə hiyləgər adamlar deyir ki, nəsə eləməliydi, nə işğal olunmamalı idi, nə də müharibə. Amma nə etməliydi? Onu deyə bilmir. Axı Rusiya-Ukrayna davası Zelenskinin dövründən başlamayıb. Hələ 2014-cü ildə Rusiya Ukraynaya qoşun yeritmişdi. Onda heç Zelenski hakimiyyətdə deyildi. Və bir də var işğalı, köləliyi qəbul etməyənlər. Bu adamlar isə o fikirdədir ki, Zelenski sona kimi döyüşməlidir, lap uduzsa belə, məğlub olsa belə, ölsə belə, döyüşməlidir. Yenə deyirəm, Rusiya-Ukrayna müharibəsində heç nə bizim burda yazdığımız fikirlərə görə müəyyənləşmir. Amma biz öz xarakterimizi göstəririk. Bu xarakteri isə hər kəs yadında saxlamalıdır. Evdə-eşikdə, çöldə, dostluq münasibətlərində, hər yerdə bizə lazım olacaq.

Eynulla Fətullayev, jurnalist:

- Böyük Britaniyanın ordusu sayca Azərbaycan Ordusundan belə azdır. Hazırda Britaniya ordusunda aşağı-yuxarı 50 minə yaxın hərbi qulluqçu xidmət edir. Britaniyada və Avropanın digər ölkərində silah anbarları da boşalıb, hərbi sənayeni yaratmaq üçün illər lazımdır... Avropanın durumu olduqca acınacaqlıdır. Və əski qitəni yalnız Türkiyə xilas edə bilər. Avropa Birliyi, Ərdoğanın çağırışına əsaslanıb, Türkiyəni tez bir zamanda üzv qəbul etsə, nəzəri olaraq Tramp-Putin-Çin təhlükəsindən qurtula bilər. Başqa yol görmürəm. Durum olduqca mürəkkəbdir...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Mart 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see175

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see166

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see153

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see137

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see131

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri