Icma.az
close
up
RU
İndi qəzet oxuyan var? Tanınmışlar CAVAB VERDİLƏR

İndi qəzet oxuyan var? Tanınmışlar CAVAB VERDİLƏR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu il Azərbaycan milli mətbuatının yaranmasının 150 ili tamam olur. Əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən qoyulan və “Əkinçi” qəzetinin nəşri ilə başlayan milli jurnalistikamız uzun tarixi mərhələlərdən keçib. Çar Rusiyası dövründə senzura şəraitində fəaliyyət göstərən qəzetlər, Azərbaycan Xalq Cümhuriyyəti zamanı azad mətbuat təcrübəsi, sovet illərində isə ideoloji nəzarət altında dərc olunan KİV-lər inkişafın müxtəlif mərhələlərini keçib.
Azərbaycan mətbuatı zamanla yalnız informasiya vasitəsi deyil, həm də cəmiyyətin dəyişməsində və maariflənməsində mühüm rol oynayıb. Xüsusilə müstəqillik ərəfəsində və ondan sonrakı dövrdə qəzetlər insanların məlumatlandırılmasında, ictimai rəyin formalaşmasında və ölkənin gələcək siyasi kursunun müəyyənləşməsində əhəmiyyətli təsir göstərib. Müstəqil Azərbaycanın qurulması istiqamətində gedən proseslərdə mətbuatın fəaliyyəti bir çox hallarda təşviqedici və təşkilatlandırıcı xarakter daşıyıb.
1990-2000-ci illin əvvəllərinə qədər ölkəmizdə qəzet köşklərində insanlar növbədə dayanaraq qəzet alır, Azərbaycanda və dünyada gedən bütün prosesləri bu vasitə ilə öyrənirdilər. 

2001-ci il Bakı. Foto:Yola Manakov
Həmin dövrdə işıq üzü görən mətbu orqanlar sırasında “Aydınlıq”, “İstiqlal”, “Panorama”, “Bu gün”, “Avropa”, “7 gün”, “Press-fakt”, “Rezonans”, “Detektiv”, “Çağ”, “Millətin səsi”, “Elita”, “Millət”, “Monitor”, “Gündəlik Azərbaycan”, “Ekspress”, “Üç nöqtə”, “Reytinq”, “Bizim əsr”, “Azadlıq”, “Gün səhər”, “Yeni yüzil”, “Xəzər-Kaspiy”, “Exo”, “Avrasiya”, “Hər gün”, “Ulus”, “Le Carrefour” kimi qəzetlər var idi. Bu qəzetlərin hər biri öz janrı, dili, istiqaməti və oxucu auditoriyası ilə fərqlənirdi. Bəziləri gündəlik nəşr edilən ciddi ictimai-siyasi qəzet, bəziləri isə əyləncəli mətbu orqan kimi fəaliyyət göstərirdi.
Həmin dövrdə yaranan qəzetlər Azərbaycan jurnalistikasında yeni yazı tərzi, tədqiqatçı jurnalistika, təhlil, reportaj və istintaq yönlü materiallarla yanaşı, bəzən ictimai-siyasi polemikalarda da ön sırada yer alırdı. 
Zamanla qəzetlərin əksəriyyəti maliyyə çətinlikləri, reklam bazarının zəifliyi, siyasi mühitin dəyişməsi və ya texnoloji inkişaf nəticəsində fəaliyyətini dayandırdı. Qəzet oxumaq sadəcə zövq və ya hobbi halına gəldi. 


2001-ci il Bakı. Foto:Yola Manakov
Modern.az ictimai-siyasi və mədəniyyət xadimlərinin hələ də qəzet oxuyub-oxumamağını araşdırıb. 

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bildirib ki, o, hələ də bütün informasiyaları qəzetlərdən alır:
“Mən internetdən istifadə etmirəm. Xəbər, müsahibələri ancaq qəzetlərdən oxuyuram. Bakıda və Moskvada dərc olunan bir çox qəzeti oxuyub, məlumatı oradan alıram”.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı son vaxtlar qəzetləri oxumadığını deyib: “İnformasiyanı əsasən sosial şəbəkələrdən, internet resurslarından, bir də bir neçə telekanaldan alıram”. 
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sadəcə ona maraqlı xəbərləri internet üzərindən oxuduğunu vurğulayıb: “Sosial şəbəkədən xəbəri görəndə həmin sayta girib onu  oxuyuram. Hər gün qadınlara qarşı zorakılıqla bağlı xəbərləri izləyib onun monitorinqini aparırıq. Hobbi kimi qəzet oxumuram, lazım olmayan informasiyalara baxmıram”. 
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli qəzetlərin sadəcə onlayn versiyasının oxuyur: “Qəzetləri onlayın versiyada oxuyuram. Təəssüf ki, uzun müddətdir köşklərdən qəzet almıram. Daha çox internetdən məlumat əldə edirəm. Gün ərzində məlumatları müxtəlif saytlarda Azərbaycan, rus, ingilis dillində oxumağa çalışıram, amma qəzetlərdən çoxdandır istifadə etmirəm". 

Şair, yazıçı, tərcüməçi Baba Vəziroğlu: "Qəzetin rəngi yadımdan çıxıb, sonuncu dəfə nə vaxt qəzet oxuduğumu xatırlamıram. İnformasiyanı milyonlarla gənc haradan alırsa, mən də oradan alıram. Əsasən sosial şəbəkələri - “Tiktok”, “Facebook”, “İnstagram”ı izləyirəm, saytlardan xəbər oxuyuram, televiziyalara baxıram". 
Deputat Ceyhun Məmmədov: “Demək olmaz ki, davamlı olaraq qəzet mütaliə edirəm, oxuyuram. Vaxt olduqca, imkan tapanda qəzetə baxıram. Adətən məlumatları saytlardan əldə edirəm. Bu gün informasiya texnologiyaları kifayət qədər inkişaf edib, ona görə də qəzetə o qədər ehtiyac yoxdur. Amma düşünürəm ki, biz kütləvi olmasa da, qəzetçilik ənənəsini də qorumalıyıq, ondan tam imtina etməməliyik”.  

“Ədalət” qəzetinin təsisçisi, deputat, yazıçı Aqil Abbas xəbərləri qəzetdən də, internetdən də oxuduğunu deyib: “Xəbərləri, məlumatları əsasən qəzetdən oxuyuram, internetlə çox da maraqlanmıram. “525-ci qəzet”i izləyirəm, arada “Yeni müsavat”ı oxuyuram, hərdən “Şərq" qəzetinə baxıram”. 

Deputat Məlahət İbrahimqızı: "Məlumatları əsasən internet və sosial mediadan alıram, amma elə köşə yazıları və ya geniş məqalələr var ki, onları print mediadan oxuyuram. İndi televiziya və radio da əlimizdəki telefonlardır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyun 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri