Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

İndi silahlar yox, tariflər döyüşür : 2025 ci il asan olmayacaq

İndi silahlar yox, tariflər döyüşür : 2025 ci il asan olmayacaq

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər dünya iqtisadiyyatı müxtəlif təzyiqlərlə üz-üzə qalsa da, böyük güclər arasında baş verən “tarif müharibələri” qlobal ticarət sisteminin sabitliyinə ən ciddi təhdidlərdən biri kimi qiymətləndirilir.

ABŞ Prezidenti Donald Trampın Çinlə bağlı son bəyanatı isə bu gərginliyin yenidən alovlanacağının siqnalıdır. O, Çinin 34 faizlik yeni gömrük vergisi qərarını geri çəkməyəcəyi təqdirdə Çinə qarşı 50 faiz əlavə gömrük rüsumu tətbiq ediləcəyini bildirib. Tramp qeyd edib ki, bu rüsumlar qüvvədə qaldığı müddətdə tərəflər arasında hər hansı vergi danışıqlarına da yer olmayacaq.

Bu arada Çin də cavab olaraq 10 apreldən etibarən ABŞ-dən idxal edilən məhsullara əlavə 34 faizlik gömrük rüsumu tətbiq edib. İki iqtisadi nəhəngin bu qarşılıqlı sanksiyaları, təkcə onların arasında deyil, eyni zamanda dünya iqtisadiyyatında da zəncirvari reaksiya doğura bilər. 

“Tarif müharibələri” nəinki ticarət dövriyyəsini azaldır, həm də istehlak qiymətlərinə, valyuta bazarlarına və investorların psixologiyasına ciddi təsir göstərir. Bu iqtisadi qarşıdurma sadəcə ABŞ və Çin arasındakı rəqabətlə məhdudlaşacaqmı? Yoxsa qlobal tədarük zəncirlərini zədələyərək, digər ölkələrin də iqtisadi sabitliyini təhlükə altına alacaq? 

Mövzuya iqtisadçı ekspertlərin yanaşması bu suallara daha geniş və analitik cavab verə bilər.

"Cümhuriyət"-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib ki, ABŞ Prezidentinin qarşılıqlı tariflərin tətbiqi ilə bağlı qərarı dünya iqtisadiyyatına və qlobal ticarətə təsirsiz ötmür. Onun sözlərinə görə, 2025-ci il üçün gözləntilər ondan ibarətdir ki, qlobal ticarətdə təxminən 330 milyard dollarlıq azalma qeydə alınacaq:

"Bu isə qlobal iqtisadiyyatda tənəzzül ehtimallarını daha da artırır və bütövlükdə iqtisadi sabitlik üçün risklər, çağırışlar və yeni təhlükələr yaradır. Bu, yalnız ABŞ ilə Çin arasında baş verən qarşıdurma deyil. Məsələ qlobal xarakter daşıyır və dünya iqtisadiyyatına birbaşa təsir göstərir. 2025-ci il ərzində dünya iqtisadiyyatında tənəzzül meyllərinin güclənəcəyi proqnozlaşdırılır. Bu gedişat artıq birja bazarlarında da hiss olunur.

Neftin dünya bazar qiymətində eniş müşahidə edilir ki, bu da birbaşa qlobal ticarətdəki risklərlə bağlıdır. Belə bir fonda qlobal iqtisadiyyatda çağırışların artacağı, risklərin dərinləşəcəyi və tənəzzül proseslərinin sürətlənəcəyi gözləniləndir. Bütün bu faktorlar nəticə etibarilə 2025-ci il üçün dünya iqtisadiyyatı baxımından asan olmayan və mürəkkəb bir mərhələnin başlanmasına gətirib çıxarır". 

İqtisad elmləri doktoru, iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, Tramp administrasiyasının son günlər ərzində qəbul etdiyi qərarlar ilk növbədə siyasi aspektdən dəyərləndirilməlidir. Onun sözlərinə görə, bu qərarlar iqtisadiyyatdan daha çox siyasi xarakter daşıyır:

"Siyasi baxımdan isə Tramp ilə avroatlantik elitalar arasındakı ziddiyyətlərin artıq pik nöqtəyə yaxınlaşmasının şahidiyik. Görünən odur ki, yaxın həftələrdə bu qarşıdurma kulminasiya nöqtəsinə çata bilər. Fikrimcə, Trampın yenidən prezident seçilməsi və bu 4 illik dövrdə hakimiyyətdə qalması avroatlantik elitalar üçün ciddi problemlərə yol aça bilər. Həmin elitalar da bunun fərqindədir və Tramp administrasiyasına qarşı təzyiqləri artırmağa çalışırlar.

Mənə elə gəlir ki, Trampın hakimiyyətdən uzaqlaşdırılması yönündə səylər daha da intensivləşəcək. Tramp isə bu təzyiqlərə cavab olaraq müxtəlif addımlar atmağa məcburdur və hazırda tətbiq etdiyi gömrük tarifləri də məhz bu siyasi mübarizənin tərkib hissəsidir. Bu rüsumlar əslində Trampın avroatlantik elitalara qarşı yönəlmiş proteksionist siyasətinin bir ifadəsidir. O, bu qərarlarla həmin elitaların tam şəkildə zəiflədilməsinə nail olmağa çalışır”.

Tramp administrasiyasının iqtisadi müstəvidə əsas hədəflərinə toxunan Elşad Məmmədov bildirib ki, bu, Amerika sənaye sektorunun bərpası, ixracın artırılması və xarici ticarət balansının tarazlaşdırılmasıdır:

“Bunun üçün ABŞ iqtisadiyyatının maliyyə və fond bazarları müəyyən qədər zəiflədilməli, real sektora yönəlik investisiyalar artırılmalı və yeni bazarlar əldə edilməlidir. Xarici ticarətdə müəyyən çətinliklər qaçılmazdır. Bu, kifayət qədər uzunmüddətli və ağır proses olacaq. Qısa müddətdə bu tariflərin nəticəsi olaraq həm Avropa, həm də Çin iqtisadiyyatında problemlər yarana bilər. Amma Tramp administrasiyası üçün əsas məqsəd ABŞ sənayesinin inkişafıdır.

Eyni zamanda, düşünürəm ki, ABŞ-də inflyasiyanın artması da labüddür və bu artım yaxın aylarda daha qabarıq şəkildə hiss olunacaq. Maraqlı sual odur ki, Tramp administrasiyası bu inflyasiya ilə necə mübarizə aparacaq? Əgər düzgün tədbirlər görülməzsə, daxili narazılıqların artması mümkündür".

Ekspert hesab edir ki, Trampın tətbiq etdiyi rüsumlar sənaye sektorunun inkişafı baxımından vacib addım sayıla bilər:

"Belə mürəkkəb vəziyyətdə bu proteksionist siyasətin davam etdiriləcəyi gözləniləndir. Mən hesab edirəm ki, “tarif müharibəsi”nin mənfi təsirləri əsasən Avropa iqtisadiyyatında hiss olunacaq. Çünki Çin həm geniş daxili bazara, həm də çevik iqtisadi idarəetmə modelinə sahibdir. Avropa isə bu baxımdan daha həssasdır. ABŞ iqtisadiyyatı baxımından isə yaxın aylarda müsbət nəticələr gözlənilmir.

Hətta ilin sonuna qədər belə ciddi iqtisadi irəliləyiş olacağını düşünmürəm. Lakin əgər Tramp administrasiyası bu siyasəti ardıcıl və dayanıqlı şəkildə davam etdirə bilsə, uzunmüddətli perspektivdə ABŞ-nin iqtisadi bərpası və inkişafı üçün bu strategiya alternativsiz görünür. Tramp bu kursu daha sistemli və qərarlı şəkildə davam etdirməlidir".

Səbinə Uğur
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri