İndi yaşlı insanlar münasibətlərdə romantika axtarırlar
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Azərbaycanda boşanmaların ümumi sayı ilə yanaşı, bu prosesdə iştirak edən şəxslərin yaş göstəricilərində də dəyişiklik müşahidə olunur. Son beş ilin statistikası xüsusilə orta və daha yuxarı yaş qruplarında boşanmaların artdığını göstərir. 60 və daha yuxarı yaşda boşanan kişilərin sayı 2025-ci ildə 838 nəfərə çatıb. Qadınlar arasında da analoji artım qeydə alınıb. 60 və daha yuxarı yaşda boşanan qadınların sayı son beş ildə 138 nəfər, başqa sözlə, 47,1 faiz artıb.
İnsanlar niyə uzun illər davam edən evlilikdən sonra, məhz yaşlılıq dövründə ayrılmaq qərarına gəlirlər?
Sosioloq Naib Niftəliyev Demokrat.az-a açıqlamasında deyib ki, 60 və daha yuxarı yaşlı insanlar arasında boşanma sayının böyük artması cəmiyyətdə baş verən ümumi boşanma tendensiyasının sürətlənməsinin təzahürüdür:
“Əgər digər yaş qruplarında boşanma sayının xüsusi çəkisi artırsa, bu istər-istəməz uzun müddət birgə yaşayan insanların da həyat tərzinə təsir göstərən hadisəyə çevrilir. Bu, müəyyən mənada insanların özünüdəyərinin gecikməsi və ya gecikmiş fərdiləşməsi fenomeni kimi sosiologiyada dəyərləndirilir. Əslində, yaşlı insanların birdən-birə boşanmaq qərarına gəlməsi məsələsi gündəmdə deyil. Sadəcə olaraq, uzun illər ərzində mövcud olan fikir ayrılıqları və ziddiyyətlər müəyyən əlverişli şəraitdə üzə çıxır. Bu konfliktləri həll edə bilməyən insanlar müəyyən zaman keçdikdən sonra, hətta uzun illər birgə yaşasalar belə, münasibətlərini davam etdirməyin onları ayrılıqdan sığortalaya bilmədiyini görürlər. Artıq düşünürlər ki, uşaqlar böyüyüb, müəyyən mənada üzərlərinə düşən vəzifələri yerinə yetiriblər. Bu mərhələdən sonra ayrılıb öz həyatlarını qurmaq, rahat və sakit yaşamaq onlar üçün daha önəmli ola bilər. Artıq kimsənin onları çox da qınamayacağını düşünürlər. Mənzil məsələsi, “camaat nə deyər” düşüncəsi də əvvəlki qədər əhəmiyyət daşımır. Bu kimi məsələlər gənclik və orta yaş dövründə daha çox aktuallıq kəsb edir. Yaşlı insanların bir-birindən ayrı yaşamasına və ya ayrı qalmasına cəmiyyət xüsusi qınaq və diqqət nümayiş etdirmir. Bu baxımdan, övladlar böyüyüb müstəqil həyata keçdikdən sonra onların hər biri şəxsi dünyasına daha çox qapanmağa başlayır. Hətta bəzi ailələrdə insanlar formal olaraq evliliklərini davam etdirib, ayrı yaşayır, hərəsi öz otağına çəkilərək öz həyatını sürür. Bu baxımdan məsələ, təbii ki, həm də “boş yuva” mərhələsi ilə bağlıdır. Övladların ailə quraraq ailəni tərk etməsi və ya biznes, karyera səbəbindən ailədən müəyyən qədər uzaqlaşması ailədaxili ənənəvi münasibətləri dəyişir. Ər-arvad münasibətlərinin birləşdirici funksiyasını müəyyən qədər valideynlik münasibətləri daşıyır. Bu funksiyanın aradan qalxması ilə onları birləşdirən sevgi, hörmət və dəyər münasibətləri də zəifdirsə, birgəlik məsələsi artıq bir məşəqqətə, problemə çevrilir. Belə vəziyyətdə insanlar ayrılıb fərdi qaydada yaşamağa üstünlük verə bilirlər. Bu, tamamilə real və gözlənilən faktordur. Son zamanlar boşanmaların bir növ dəbə çevrilməsi də müəyyən rol oynayır. İnsanlar bəzən mövcud problemi həll etmək əvəzinə qarşı tərəfi günahlandırır və qısa yolla ayrılaraq gərginliyi, narahatlığı üzərlərindən atmağa üstünlük verirlər”.
Sosioloq digər mühüm faktorun insanların ənənəvi təsəvvürlərinin dəyişməsi ilə bağlı olduğunu söyləyib:
“Əvvəllər 60-70 yaşlı insanlar daha çox keçdikləri çətin yolun birgə xoşbəxt sonu barədə düşünürdülərsə, indi müəyyən ömür yaşadıqdan sonra fərdi xoşbəxtliyin təkrarolunmaz anları barədə düşünürlər. Bu, obrazlı ifadə deyil, real bir tendensiyadır. Hər kəs fərdi təsdiqə və fərdiyyətçiliyə daha çox önəm verir. Xüsusilə yaşlı insanlar üçün bunun ortaya çıxması müəyyən mənada sosioloji paradoksdur. Çünki gənclərin daha çox fərdiyyətçiliyə meylli olması gözlənilsə də, hazırda bəzi hallarda bunun əksi müşahidə olunur. Gənclər daha çox həmrəyliyə, davamlı və sağlam münasibətlərə meylli ola bilirlər. Yaşlılarda isə bunun əksinə tendensiyalar müşahidə edilir. Texnologiyanın, kənar təsirlərin və ya yarımçıq sosiallaşmanın təsiri ilə belə faktorlar ortaya çıxa bilər. Zamanla ayaqlaşmamaq, müəyyən yaş qruplarının münasibət və davranış meyllərinin dəyişməsi də 60-70 yaşlı insanların boşanmasına gətirib çıxara bilər. İnsan həmin dövrdə özünü həm də bir şəxsiyyət kimi reallaşdırmaq istəyir. Dəfələrlə apardığımız araşdırmaların nəticələri də göstərir ki, xüsusən müəyyən yaşa çatan qadınlar “mən özüm” ideyasına, yəni fərdi özünü təsdiq məsələsinə daha çox önəm verirlər. Bu səbəbdən təsadüfi deyil ki, 30 yaşdan sonra ailədaxili problemlərin ortaya çıxmasında qadınların rolu daha çox müşahidə olunur. Bu, ittiham deyil, statistik müşahidə kimi qiymətləndirilməlidir. Fərdi özünü təsdiq, mövqeyini ortaya qoymaq və qadına xas olan digər xüsusiyyətlər 30-60 yaş arasında daha qabarıq şəkildə ortaya çıxa bilər. Kişilərdə isə bu proses müəyyən qədər fərqlidir. Onların da öz manipulyasiyaları və ziddiyyətləri mövcuddur”.
Naib Niftəliyev qeyd edib ki, Azərbaycan cəmiyyəti də bu sırada istisna deyil:
“Qloballaşma tendensiyası müstəvisində artıq bir çox milli dəyərlər ümumbəşəri dəyərlərlə qarşılıqlı təsirə girir. Məsələn, adekvat mühitdə bir fransızın davranışı ilə azərbaycanlının davranışı arasında kəskin fərq yoxdur. Müəyyən istisnalar ola bilər, lakin insanların böyük hissəsi uyğunlaşmağa və dəyişən sosial münasibətlərə adaptasiya olmağa meyllidir. Bu baxımdan yaşlı insanlar da bu prosesdən geri qalmırlar, hətta bəzi məqamlarda gəncləri qabaqlayırlar. Əvvəllər boşanma daha çox gənc ailələrin problemi kimi qəbul edilirdi. İndi isə yaşlı insanlar da zamanın tələblərindən geri qalmır, münasibətlərdə keyfiyyət, davamlılıq, romantika və daha dərin emosional bağlar axtarırlar. Bu axtarışlar özlüyündə müsbətdir, amma əksər hallarda nəticəsiz qalır və müəyyən hallarda boşanmalara gətirib çıxarır. Sosial-iqtisadi motivlər də burada öz sözünü deyir. Təhsil səviyyəsinin yüksəlməsi, əmək bazarında iştirakın artması, iqtisadi müstəqillik və digər amillər qadınların seçimlərini dəyişdirir. Müəyyən yaş dövründən sonra onlar bu müstəqilliyi həyat yoldaşından ayrılmaqda da görə bilirlər. Kişilərdə isə proses bir qədər fərqlidir. Onlar nisbətən gərginlikdən, narahatlıqdan və konfliktlərdən qaçmağa, müəyyən mənada öz sakit orbitlərinə çəkilərək problemi sivil qaydada həll etməyə çalışırlar. Təbii ki, bu, bütün kişilərin problemləri sivil formada həll etdiyi, bütün qadınların isə bunu qəbul etmədiyi anlamına gəlmir. Belə olsaydı, boşanmaların sayı bu qədər artmazdı. 40 faizlik artım kifayət qədər böyük statistik göstəricidir.
Nəhayət, digər bir məqam da ondan ibarətdir ki, bəzi hallarda belə boşanmalar məqsədli xarakter daşıya bilər. Müəyyən əmlak və mülkiyyət məsələlərini həll etmək, nəyəsə sahib olmaq baxımından məqsədyönlü addımlar atıla bilər. Yəni ailə real olaraq mövcudluğunu davam etdirir, amma boşanma yolu ilə müəyyən məsələləri öz xeyirlərinə həll etməyə çalışırlar.Bütün bunlar ailənin keyfiyyəti, emosional münasibətlər, qarşılıqlı hörmət və şəxsi rifah baxımından müəyyən ziddiyyətlər yarada bilər. İstənilən halda, yaşlı insanların boşanması gənclər üçün heç də uğurlu nümunə deyil. Çünki yaşlı insanlar belə bir qərar verərkən keçdikləri uzun yolu, ailənin tarixini və qərarın gələcək nəticələrini dəfələrlə düşünməlidirlər”.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Suriyadakı terorrçular indi özlərinə yeni rəhbər axtarırlar Ərdoğan
10 Yanvar 2025 19:06
Münasibətlərdə yeni mərhələ: “İndi gələcək problemlərdən yayınmaq şərtdir”
29 Aprel 2025 10:24
İndi insanlar simalarını yox, filtrlərini paylaşır…
02 Aprel 2026 17:08
İnsanlar münasibətlərdə kökəlirlər, çünki birlikdə yemək xoşdur
13 Mart 2025 23:46
İnsanlar niyə bədbəxt münasibətlərdə qalırlar? Üç səbəb
10 Yanvar 2026 15:42
Baxış sayı:118
Bu xəbər 10 Avqust 2026 19:03 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları