Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Münasibətlərdə yeni mərhələ: “İndi gələcək problemlərdən yayınmaq şərtdir”

Münasibətlərdə yeni mərhələ: “İndi gələcək problemlərdən yayınmaq şərtdir”

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Deputat: “Azərbaycan-İran münasibətləri heç bir üçüncü dövlətin təsirinə bağlı deyil və bu, müsbət məqamdır”

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşündə səsləndirdiyi mesajlar müsbət məqamlarla yadda qaldı. Ölkə liderləri mətbuata birgə bəyanatlarında da iki qonşu dövlətin münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, iqtisadi, siyasi, mədəni əlaqələrin daim inkişafda olmasının vacibliyini bildirdilər. İran Prezidentinin Azərbaycana səfəri, müsbət mesajları, eyni zamanda, Azərbaycan liderinin açıqlamaları, Azərbaycan-İran münasibətlərinin inkişaf etməsinin önəmi haqqında bəyanatları onu deməyə əsas verir ki, uzun müddətdir iki dövlət arasında yaşanan problemlər, gərginliklər arxada qala bilər. Analitiklər hesab edirlər ki, cənab İlham Əliyevlə Pezeşkian arasındakı danışıqlar Azərbaycan-İran əlaqələrinin yeni mərhələyə qədəm qoyduğu ehtimalını artırır.

Pezeşkianın Azərbaycana səfəri və verilən mesajlar barədə fikirlərini AYNA.AZ-a müsahibəsində bölüşən Milli Məclisin deputatı Rasim Musayəbov deyib ki, əslində bizim İranla tarixi bağlarımızı, qonşuluğumuzu nəzərə alsaq, Pezeşkianın ilk səfəri Azərbaycana olmalı idi:

- Necə ki, Türkiyədə hakimiyyətə gələn şəxs ilk səfərini Azərbaycana edir, İran rəhbərliyinə gələn şəxs də ilk səfərini ölkəmizə etməli idi. Pezeşkianın ilk səfərlərindən biri Azərbaycana planlaşdırılmışdı. Müəyyən proseslər baş verdi və səfər gecikdi. Amma Pezeşkianın səfəri ilə sübut olundu ki, İran Prezidentinin Bakıya gəlişi qaçılmaz idi.

Nəticə kimi onu demək istəyirəm ki, əsas məsələ siyasi dialoqun yüksək səviyyədə qurulmasıdır. Bəli, Azərbaycan Milli Məclisinin sədri də, Baş nazir də, xarici işlər naziri də, Prezidentin köməkçisi də İranda səfərdə olub, müzakirələr aparılıb. Eyni zamanda, İran rəsmiləri də Bakıda olunlar, danışıqlar aparılıb. Yəni iki ölkə arasında dialoq mövcuddur. Amma birinci şəxslər səviyyəsində dialoq daha önəmlidir. Ona görə vacibdir ki, liderlər arasında dialoq şəxsi münasibətlər səviyyəsinə gələndə, hansısa problemli məsələ olarsa, zamanında telefon danışığı ilə də bunu həll etmək mümkün olur. Ölkə rəhbərləri arasında münasibətlər yaxın olmayanda hansısa problem yaranırsa, o zaman problemi daha da şişirmək, münasibətləri daha da gərginləşdirmək istəyən qüvvələr meydana çıxır. Bu baxımdan, hesab edirəm ki, İran Prezidentinin Bakıya gəlişi, iki liderin görüşü, müzakirələri olduqca vacib idi.

Başqa bir məsələ də diqqətimi cəlb etdi: danışıqlar zamanı heç bir üçüncü dövlətin adı çəkilmədi. Söhbət publik müzakirələrdən gedir. Əminəm ki, ikitərəfli söhbət zamanı Ermənistan barədə də, İsrail haqqında da, Amerika, Rusiya ilə bağlı mövzulara da toxunulub. Amma açıq şəkildə, mətbuat qarşısında söhbətdə hansısa üçüncü ölkə haqqında danışılmadı. Bu, vacib məqamdır. Demək ki, Azərbaycan-İran münasibətləri heç bir üçüncü dövlətin təsirinə bağlı deyil və bu, müsbət məqamdır. Əslində belə də olmalıdır. İki dövlətin münasibətlərində üçüncü dövlətlərin maraqları, təsirləri kənara qoyulmalıdır, bu formada inkişaf etməlidir.

- Azərbaycan lideri bildirdi ki, Azərbaycanla İran arasında “ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əminamanlığın təmini, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər üstün tutuldu”. Bunu iki ölkə münasibətlərinə Azərbaycanın təklifi saymaq mümkündürmü?

- Əlbəttə, bu, iki ölkə arasında münasibətlərin inkişafı üçün Azərbaycanın təklif etdiyi formatdır. Cənab Prezidentin bu təklifinə İran tərəfinin etiraz etməsi, nəyəsə düzəliş etməsi üçün heç bir əsas yoxdur. Əslində Pezeşkianın timsalında bu təklifə qarşı çıxılmasına, hansısa düzəliş edilməsinə bir cəhd də görmədim. Azərbaycan tərəfinin bu prinsipləri beynəlxalq səviyyədə qəbul və icra olunan prinsiplərdir. Bu, iki qonşu dövlət arasında formalaşan münasibətlərdə əsas kimi qəbul edilməlidir.

- Müzakirələr zamanı dəhlizlərin önəmindən danışıldı. Məsələn, Azərbaycan lideri Araz dəhlizi məsələsini gündəmə gətirdi. Sözügedən dəhliz Azərbaycan və İran üçün nə qədər vacibdir?

- Birinci növbədə, Araz dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında gediş-gəliş təmin olunur. İndi İranın ərazisindən Naxçıvana gediş üçün təxminən 200 kilometrlik məsəfə qət edilir. Araz dəhlizi ilə isə təxminən 45-50 kilometrlik yol qət ediləcək. İkincisi, bu yol vasitəsilə Azərbaycan Türkiyə ilə birləşir. Bu yoldan təkcə Azərbaycanın yükləri yox, eyni zamanda, Türkiyənin yüklərinin böyük bir hissəsinin daşınması həyata keçiriləcək. Ümumiyyətlə, dəhlizlər, yollar məsələsi ilə bağlı verilən açıqlamalar, mesajlar pozitiv sayıla bilər.

- Pozitiv bəyanatlar fonunda demək olarmı ki, uzun müddətdir iki ölkə arasında davam edən gərginlik aradan qalxdı?

- Əsas məsələ gələcəkdə mümkün ola biləcək problemlərdən yayınmaqdır. Elə etmək lazımdır ki, iki ölkə arasında münasibətlərdə gərginliklər baş verməsin. Bunun da bəlli yolları var. Məsələn, Bakı Tehrandan Azərbaycan səfirliyinə hücum edən şəxsin cəzalandırılmasını istəyir. İran tərəfi bu istəyi anlayışla qarşılamalıdır. Eyni zamanda, İran tərəfindən verilən bəyanatlarda diqqətli olmalıdırlar. Əslində Azərbaycan tərəfi də məsələlərə həssas yanaşma nümayiş etdirməlidir və bunu edir. Biz hər zaman qonşu dövlətlərlə münasibətlərimizin yaxşı olmasını istəmişik. Biz münasibətləri yaxşılaşdırırıq, dövlət səviyyəsində münasibətlər bərpa olunur. Bundan sonra bir imam münasibətlərə xələl gətirən çıxış edir. Tehrandan deyilə bilər ki, hansısa bir dini şəxsin bəyanatı dövlətin mövqeyi deyil. Amma orada din dövlətdən ayrılmayıb. Hesab edirəm ki, İran tərəfi münasibətlərin pozulmaması üçün daha diqqətli olmalıdır. İndi gələcək problemlərdən yayınmaq şərtdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://ayna.az
archiveBu xəbər 29 Aprel 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri