Icma.az
close
up
RU
İndiki mürəkkəb zamanda hər kəs Cənab İlham Əliyev kimi cəsarətli fikir ortaya qoya bilmir

İndiki mürəkkəb zamanda hər kəs Cənab İlham Əliyev kimi cəsarətli fikir ortaya qoya bilmir

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Azərbaycanın təşəbbüsü və evsahibliyi ilə keçirilən istənilən beynəlxalq konfrans, forum və ya bu tipli hansısa mühüm toplantı bir qayda olaraq qlobal xarakter daşıyır və onların müzakirə etdiyi mövzular təkcə Azərbaycan deyil, beynəlxalq aləm üçün də mühüm əhəmiyyətli olur. Məhz bu səbəbdən həmin forum və konfransa olan diqqət, maraq da ildən-ilə artır, iştirakçı ölkə və fərdlərin sayı çoxalır. Bunu ən son Bakıda keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda gördük”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumun əhəmiyyətindən danışarkən səsləndirib. Millət vəkili qeyd edib ki, bu kimi forumlar, konfrans və dəyirmi masalar hər şeydən öncə Azərbaycanın mövqeyinin, xüsusilə Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində proseslərin getdiyi bir ərəfədə erməni yalanlarının ifşa edilməsi, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətlidir:
“Mövcud vəziyyətin dəyərləndirilməsi və onun ölkənin birinci şəxsi tərəfindən beynəlxalq ictimaiyyətə çatdırılması baxımından ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum çox əhəmiyyətli oldu. Dövlət başçımız açıq şəkildə bildirdi ki, indi top Ermənistan tərəfindədir. Həqiqətən də Cənab Prezidentin dediyi kimi top qarşı tərəfdədir və onu necə dəyərləndirmək Ermənistandan asılıdır. Çünki Azərbaycan sülhə tanm hazırdır. Ancaq Ermənistan da bunu sübuta yetirməldir. Cənab İlham Əliyevin forum iştirakçılarının diqqətinə çatdırdığı kimi təəssüflər olsun ki, hələlik Ermənistan tərəfindən eyni mövqeni görmürük. Əksinə bu ölkədə revanşizm meyilləri artır. Bu isə öz növbəsində regionda sülh və təhlükəsizlik üçün təhdidlər yaradır”.
Millət vəkili deyib ki, forumda çıxışı zamanı dövlət başçısı bir sıra vacib məsələlərə toxundu:
“Hansı ki, həmin məsələlər regional və qlobal aspektdən son dərəcə əhəmiyyətli idi. Cənab Prezident ABŞ-da baş tutan son prezident seçkilərində qalib gəlmiş Donald Trampın həyata keçirdiyi islahatlarlardan, onun regionlara təsirindən, Çinlə münasibətlərimiz, Türkiyə-İsrail gərginliyi və bu gərginliyin aradan qaldırılması istiqamətində Azərbaycanın təşəbbüsləri, qonşu İranla əlaqələr və s. günümüz üçün olduqca vacib olan məqamlara toxundu, Azərbaycan dövlətinin, diplomatiyamızın mövqeyini açıq şəkildə ortaya qoydu. Xüsusilə, dövlət başçımızın Şimali Kipr Türk Respublikası ilə bağlı Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq. Əlbəttə ki, beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik” deməsi xüsusi anlam, məna kəsb edirdi. Bu həm də dövlət başçımızın hər şeyi açıq şəkildə, heç kimdən, heç nədən çəkinməyərək ifadə edə bilməsinin təzahürü idi. İndiki mürəkkəb zamanda, qlobal və regional proseslərin gərgin atmosferdə olduğu bir ərəfədə hər dövlət başçısı Cənab İlham Əliyev kimi cəsarətli fikir ortaya qoya və açıq fikirlər söyləyə bilmir. Bu da Azərbaycan Prezidentinin üstün cəhətlərindən biridir”.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri