İndoneziyada müharibə dövründən qalan bomba partladı: 5 nəfər həlak oldu
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 1 iyun, AZƏRTAC
İndoneziyanın şərqində İkinci Dünya müharibəsi zamanından qaldığı ehtimal edilən bomba partlayıb.
AZƏRTAC xəbər verir ki, “Jakarta Globe” qəzetinin yaydığı məlumata görə, bombanın partlaması nəticəsində beş nəfər həlak olub. Daha üç nəfər itkin düşüb və azı 19 nəfər yaralanıb. Hadisə bazar günü günortadan sonra Papua əyalətində baş verib.Yerli polis bildirib ki, partlayışa İkinci Dünya müharibəsi dövrünə aid bombanın səbəb olduğu güman edilir.
Güclü partlayış hadisə yerinə yaxın altı evi yerlə-yeksan edib. İlkin şahid ifadələrinə əsasən, bomba yerli sakinlərin müdaxiləsi nəticəsində partlayıb. Polis, həmçinin yaxınlıqda partlamamış minaatan mərmisi tapıb.
Bu mövzuda digər xəbərlər:İndoneziyada partlayış nəticəsində 13 nəfər həlak oldu
12 May 2025 21:39
İndoneziyada uçqun nəticəsində 3 nəfər həlak oldu
30 May 2025 17:50
İndoneziyada vertolyot qəzası: 8 nəfər həlak oldu
17 Aprel 2026 13:26
İndoneziyada daşqınlarda 13 nəfər həlak olub
24 Noyabr 2024 21:50
İndoneziyada daşqınlar: 13 nəfər həlak olub KONKRET
24 Noyabr 2024 21:50
Baxış sayı:82
Bu xəbər 01 İyun 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















