İndoneziyada yanğın səbəbindən milli park bağlanıb
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
İndoneziya Şərqi Yavada yerləşən Bromo dağı milli parkını davam edən meşə yanğını səbəbindən bütün növ turizm fəaliyyətləri üçün bağlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə park administrasiyasının rəsmi "Instagram" səhifəsində müvafiq paylaşım edilib.
Məlumata görə, yanğının sahəsi təxminən 176 hektara çatıb. Yanğın bazar ertəsi başlayıb və fəaliyyətdə olan Bromo vulkanının ərazisində yayılıb. Hələ cümə axşamı yanğının sahəsi təxminən 60 hektar təşkil edirdi.
Rəsmilər bildiriblər ki, bağlanma turistlərin, park əməkdaşlarının və yaxınlıqdakı ərazilərin sakinlərinin təhlükəsizliyini təmin etmək üçün zəruridir. Artıq bilet almış ziyarətçilər səfərlərini başqa tarixə keçirə və ya vəsaitlərini geri ala biləcəklər.
Qeyd olunub ki, yanğını söndürmək üçün helikopter və dronlardan istifadə etmək planlaşdırılır.
Yanğının səbəbi hələ müəyyən edilməyib. Xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 09 Avqust 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















